Komissiya rəhbəri: "Səfirliklər viza verilməsinə süni maneələr yaradırlar" - FOTO
Komissiya rəhbəri: "Səfirliklər viza verilməsinə süni maneələr yaradırlar" - FOTO
"Səfirliklər viza verilməsinə süni maneələr yaradırlar".
"Trend" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.
"Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə, qısa müddətə, günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər.
Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da ortabüdcəli turistlər qəbul edilmir.
Təəssüf ki, bir sıra hallarda səfirliklər çox yüksək əməkhaqqı və ya gəlirlər tələb edirlər ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradırlar", - o qeyd edib. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi