Kompotların meyvəsi nə qədər faydalıdır?
Mövsümlə əlaqədar konservləşdirilmiş qida məhsullarına üstünlük verməyimiz bəzən sağlamlığımızı təhlükə altına qoyur. Xüsusən ev şəraitində hazırlanan müxtəlif tutmalar çox vaxt insan zəhərlənmələrinə gətirib çıxarır. Təbii ki, belə halların yaranmasına da əsasən meyvə-tərəvəzlərin düzgün seçilməməsi və konservləşdirmənin qaydasında aparılmaması səbəb olur. Ümumən mütəxəssislər daha çox qış aylarında istehlak etdiyimiz qablaşdırılmış məhsulların qida dəyərinin yüksək olmadığı barədə də fikir yürüdürlər. Bu sırada kompotlardan çıxan meyvələrin də yararsız olduğunu bildirir və yeyilməməsini tövsiyə edirlər.
Qida məsələləri üzrə ekspert İlkin Şirinov da KONKRET.az-a kompotlardan düzgün istifadə ilə bağlı tövsiyələrini bölüşüb:
"Kompot bir və ya bir neçə meyvənin qarışımından hazırlanan və kalorili içki növüdür. Bununla belə düzgün istehlak edilməsi qaydaları mütləq nəzərə alınmalıdır.
Bildiyimiz kimi, kompotun hazırlanmasında təbii və ya qurudulmuş meyvələrdən, həmçinin, şəkər tozundan istifadə edilir. Təbii meyvələrdən istifadə olunaraq istər ev şəraitində, istərsə də müəssisələrdə, fabrik və zavodlarda hazırlanan kompotlardakı meyvələrin içindəki liflər suya qarışır və nəticədə kompotun içərisindəki meyvələr yararsız liflərdən ibarət olan bir çöküntünü xatırladır. Ona görə də bu meyvələrin hansısa yararından bəhs etmək tamamilə yersizdir. Və belə olan halda yeyilməsi də məsləhət deyil.
Qurudulmuş meyvələrdən hazırlanan kompotların tərkibinə gəlincə, belə meyvələrin emalı və konservləşdirmə üsulları müxtəlifdir. Emal zamanı məhsullar əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalır. Konservləşdirmə üsullarından asılı olaraq qurudulmuş meyvələrdən hazırlanan kompotlar susuzluğu mükəmməl şəkildə yatırır, həmçinin, orqanizmin vitamin ehtiyatını artırır. Meyvənin bişirilməsindən asılı olaraq orqanizmə müxtəlif faydalı təsirlər göstərir.
Qurudulmuş meyvələrin lətləri, yəni dilimləri insan orqanizmi üçün sözsüz ki, çox faydalıdır. Bu səbəbdən də belə meyvələrdən hazırlanan kompotların müntəzəm istifadəsi immun sistemini gücləndirir. Bununla yanaşı, bu kompotların kalorisi daha azdır. Ona görə də tərkibində az karbohidrat olan bu kompotlar rahatlıqla istifadə edə biləcəyimiz mayelərdəndir. Lakin kompotların hazırlanmasında istifadə olunan belə məhsulların da sonradan heç bir faydalı təsiri olmadığından içki ilə bərabər istehlak edilməsi məqsədəuyğun deyil".
Müşviq Tofiqoğlu,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var