Konfliktoloq: "Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək

Konfliktoloq: "Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcəkKonfliktoloq: "Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək"
Prezident İlham Əliyevin son illər ərzində apardığı adekvat siyasi və iqtisadi idarəetmə siyasəti bu gün Azərbaycana həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də Ermənistanla digər cəbhələr üzrə aparılan münaqişədə böyük üstünlüklər qazandırdı.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, konfliktologiya üzrə ekspert Elşad Məmmədov Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin gedişatında mövcud vəziyyəti dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, hazırkı mürəkkəb münaqişənin eskalasiyası dövründə də bu soyuqqanlı və tarazlı siyasətimizdən əl çəkməməliyik:
"Bu siyasət bu gün bizə ciddi üstünlüklər verdi. Siyasətdə qətiyyən emosionallığın tərəfdarı deyiləm və hesab edirəm ki, soyuqqanlı davrandıqca bu müharibəni öz xeyrimizə yekunlaşdırmalıyıq. Çünki bu, Azərbaycan xalqının işğal altında olan torpaqlarının azad olunması istiqamətində apardığı 30 illik mübarizənin bir sonu olmalıdır. Dünyada baş verən proseslər məsələyə praqmatik yanaşdığımız təqdirdə bizə çox böyük fürsətlər verir. Bu gün dünyada qloballaşmanın əks proseslərlə əvəz olunması gedir. Regionallaşma həm iqtisadi, həm siyasi müstəvidə artıq bir trendə çevrilir. Biz isə Qarabağ münaqişəsində bunun konkret olaraq bariz əks olunmasını görürük.
1990-cı illərdəki vəziyyətə nəzər salsaq, görərik ki, münaqişə ətrafındakı əsas dövlətlərin ABŞ, Rusiya və Fransa idi. Faktiki olaraq vasitəçilik missiyasında da aparıcı rolu bu ölkələr oynayırdı. Amma hazırda ilk növbədə ABŞ bu münaqişədən xeyli dərəcədə kənarlaşdırılıb. Eyni zamanda da Fransanın məsələyə təsir imkanları birtərəfli qeyri-obyektiv mövqe sərgilədiyi üçün kifayət qədər azalıb. BMT-nin, eləcə də digər beynıəlxalq qurumların da təsir gücü azalmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan qonşu dövlətlərlə öz münasibətlərini, düzgün siyasətini apara bilsə, bu imkan verəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü hansısa xarici  təsirlərdən uzaq şəkildə öz daxili resursları hesabına bərpa etsin".
E.Məmmədov onu da qeyd edib ki, Baş naziri Nikol Paşinyanın qloballaşma ilə bağlı Soros Fonduna və digər institutlara söykənməsi bu gün faktiki olaraq Ermənistanın bütün cəbhələrdə ciddi problemlərlə üzləşməsinə səbəb olub:
"Xüsusilə vurğulanmalı olan məqamlar var. Belə ki, Soros Fondunun, eləcə də digər qloballaşma ilə bağlı olan fondların Azərbyacanla bağlı olan siyasətləri bəllidir. Onlar müxtəlif qruplara dəstək verməklə, Azərbaycanda siyasi sabitliyi pozmağa çalışırdılar. Amma ölkə rəhbərliyi tərəfində bu kimi hallarının vaxtında qarşısının alınması, Azərbaycan uğurlu hərbi-siyasi kampaniyanın aparılmasına zəmin yaratdı. Hesab edirəm ki, bizim siyasətimiz doğrudur və bu belə də davam etdirilməlidir. Uğurlu siyasətin bir hissəsi də bizim qonşu dövlətlərlə (Rusiya, İran Türkiyə) normal konstruktiv münasibətlərin qurulması və qorunub saxlanmasıdır. Çünki, Ermənistanın iddialarından biri Azərbaycanı Türkiyənin və Suriyadakı terror qruplaşmalarının dəstəyi ilə müharibə aparan tərəf kimi təqdim etməsidir. Biz buna yol verməməliyik. Adekvat siyasətimizi davam etdirməliyik.
Unutmayaq ki, Azərbaycan apardığı Vətən müharibəsində yalnız öz, daxili resursları hesabına uğur qazanır. Bu gün informasiya məkanında da bu məqama xüsusi diqqət verilməlidir. Çünki, Azərbaycan öz torpaqlarında, beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu xətt qorunmalıdır. Bu gün Azərbaycanın hərbi potensialını heç bir halda  Ermənistanla müqayisə etmək olmaz. Buna görə də biz bu üstünlükdən istifadə edərək öz sistemli, neytarl siyasətimizi qorumaq şərtilə, torpaqlarımızın işğaldan azad olunması məqsədilə bütün fürsətlərdən istifadə etməliyik".
Könül Cəfərli

Siyasi       Tarix: 08 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az