Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - YENİLƏNDİ

Konfrans Liqası: "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Estoniyalı FIFA referisi Kristo Tover idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanı 10 mindən çox azarkeş izləyib. Matçdan öncə diqqət çəkən məqamlardan biri komandaların isinmə hərəkətləri zamanı mərkəzi arenada "Mehtər marşı"nın səsləndirilməsi olub. Təbii ki, bu, Kiprdəki ilk görüşdə Azərbaycan təmsilçisinə qarşı hörmətsizliyə cavab idi. Bundan başqa, fanatlar "Qarabağ" futbolçularının adları elan olunan zaman hər nömrəyə uyğun işğaldan azad olunmuş rayonların adlarını qışqırıblar.
Görüşə gəlincə, "Qarabağ" start fitindən dərhal sonra hesabı açmağa yaxın olsa da, Filip Ozobiç yaxın məsafədən fərqlənə bilməyib. Yeri gəlmişkən, mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması topla oynamağı sevən "köhlən atlar"a kifayət qədər çətinlik yaradıb. 20 dəqiqənin tamamında meydan sahibləri növbəti dəfə qol vurmaq üçün yaxşı fürsət yaxalayıblar. Patrik Andradenin qüvvətli rəqib qapıçı son anda barmaqlarının ucu ilə çıxarıb. Hava həddindən artıq isti olduğundan referi 25-ci dəqiqədə su fasiləsi elan edib. Hissənin sonlarına doğru təzyiqi artıran "Qarabağ" ardıcıl 2 epizodu boşa verib. Əvvəlcə Xayme Romeronun cərimə meydançasının kənarından vurduğu top qapıdan azca aralı keçib. 2 dəqiqə sonra Andradenin zərbəsinin qarşısını müdafiəçilər alıb. Az sonra ağdamlıların heyətində Maksim Medvedev diqqət mərkəzinə düşüb. Kapitan künc nöqtəsindən ötürülən topu birbaşa qapıya göndərsə də, dəqiqlik çatmayıb. İlk yarının sonuncu dəqiqəsində Medvedevin səhvindən sonra qonaqların hücumçusu Stefan Sçepoviç imkandan yararlana bilməyib. 44-cü dəqiqədə azarkeşlər Vətən müharibəsi ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndiriblər. Birinci hissənin əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə Romeronun baş zərbəsini Vozinya çətinliklə çıxarıb. İlk hissədə qapılara qol vurulmayıb.
İkinci yarı hər iki komandanın futbolçularının bir-birinə qarşı kobud oyunu ilə yadda qalıb. 62-ci dəqiqədə Ağdam klubunun baş məşqçisi meydanda nisbətən zəif təsir bağışlayan və passivində sarı vərəqəsi olan Ozobiçi Kadi Borqeslə əvəzləyib. Braziliyalının meydana çıxmasından sonra hücumda fəallaşan "Qarabağ" Ramil Şeydayevlə AEL-in qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda rəqib qapıçı forvardın fərqlənməsinə imkan verməyib. Az sonra sol cinahdan təhlükəli hücumun qarşısını bu dəfə müdafiəçilər alıblar. 70-ci dəqiqədə meydanı Limassol klubunun əsas hücumçusu Stefan Sçepoviç zədələnərək, meydanı tərk edib. Onu Matko Babiç əvəzləyib. 85-ci dəqiqədə Şeydayev 100 faizlik qol imkanını boşa verib. Abdullah Zubir 2 rəqibini aldatdıqdan sonra hücumçunun qapıçı ilə üzbəüz qoyub. Lakin onun zərbəsi qeyri-dəqiq alınıb. Buna baxmayaraq, "Qarabağ" 87-ci dəqiqədə Kadi Borqeslə istədiyi qolu vurub. Beləliklə, səfərdə 161 hesablı heç-heçə edən Ağdam təmsilçisi evdəki qələbə sayəsində pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ"ın bu mərhələdəki rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.
xxx
21:44
"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 87-ci dəqiqədə Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borqes fərqlənib.
xxx
21:03
"Qarabağ" - AEL matçı start götürüb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.
xxx
19:04
Bu gün UEFA Konfrans Liqasının cavab qarşılaşmaları keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycanın vitse-çempionu "Qarabağ" evdə Kiprin AEL klubu ilə qarşılaşacaq. Səfərdə baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hər iki komandanın start heyətləri açıqlanıb:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
AEL: 1. Vozinya, 4. Andrey Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller Silva, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 28. Konstantinos Sotiriu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Kiprdəki ilk matçda qalib müəyyənləşməyib - 1:1.

İdman       Tarix: 13 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cebheden xeber kriminal xeber kriminal bugun