Konqresvumenin ABŞ polisləri barədə səhvi sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO
Konqresvumenin ABŞ polisləri barədə səhvi sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO
ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü Marjori Taylor Qrin müsahibə zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin siyasətini tənqid edərkən "qazpaço" (İspan soyuq şorbası) və "gestapo" (Nasist Almaniyasında siyasi polis) sözlərini qarışdırıb.
"Bizim təkcə Kolumbiya dairəsinin QULAQ-ı olan Kolumbiya Dairəsi həbsxanamız yox, Nensi Pelosinin qazpaço polisi var, hansı ki, Konqres üzvlərinə, apardığımız qanunvericilik işlərinə, əməkdaşlarımıza və Amerika vətəndaşlarına qarşı casusluq edir", - deyə Qrin bildirib.
Bununla bağlı sosial şəbəkədə yayılan kadrlar istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.
"Bax, elə bu səbəbdən müsahibələr acqarına verilməməlidir", - deyə istifadəçilərdən biri deyib. Digəri isə mətbəxdə yemək bişirərkən qapının döyüldüyünü, gözlükdən baxdıqda isə bunun "qazpaço polisi" olduğunu gördüyünü deyib.
Qeyd edək ki, Qrinin özü də baş verənlərə yumorla reaksiya verib: o, casusların "qulyaş"a (ingilis dilində bu söz "QULAQ" sözünə bənzəyir) düşəcəyi barədə zarafat edib. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız