Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə müraciət edib

Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə müraciət edibKonstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə müraciət edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edib.
Bəyanatda son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb.
Qeyd edilib ki, bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olub. Bu hərəkətlər təcavüzkar Ermənistan hakimiyyətinin 1988-ci ildə başlayan, Azərbaycan ərazisinin işğal edilməsinə yönələn və azərbaycanlıların etnik təmizləməsi ilə müşayiət olunan siyasətinin davamıdır.
Bəyanatda həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması, bu işğal nəticəsində bir çox şəhər və kəndlərin tamamilə dağıdılması, yerli əhalinin isə etnik təmizləməyə məruz qalması diqqətə çatdırılıb. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yaşayış yerlərindən məcburi çıxarılıb. Təkcə Xocalıda baş verən və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi naməlumdur.
Konstitusiya məhkəmələrinin diqqətinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.
Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı 2015-ci il 16 iyun tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib.
Bəyanatda, həmçinin vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub.
Xüsusilə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunur.
Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib. /oxu.az

Siyasi       Tarix: 07 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az