Konstitusiya Məhkəməsi seçkilərə görə digər məhkəmələrdən məlumatlar tələb edəcək
Konstitusiya Məhkəməsi seçkilərə görə digər məhkəmələrdən məlumatlar tələb edəcək
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması prosesində apellyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən məlumatlar tələb edəcək.
Oxu.Az-ın xəbərinə görə, həmin məlumatlar seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında olmalıdır.
Bu prosedur "Konstitusiya Məhkəməsi haqqında" qanunun tələbləri çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Fevralın 25-də isə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərə yekun vurub.
MSK-nın qərarları ilə 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Eyni zamanda, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. 87 seçki məntəqəsi isə buraxılıb.
MSK parlament seçkilərinin nəticələrinin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi Plenumunun seçkilərlə bağlı iclası quruma materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır.
Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilər üzrə MSK sədri və üzvləri iştirak edirlər.
Konstitusiya Məhkəməsi eyni zamanda digər şəxsləri – müvafiq mütəxəssisləri də prosesə cəlb edir.
Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində nəticələrin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin beş səs çoxluğu ilə qərar qəbul edə bilər.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı