Konstitusiya məhkəməsindən vacib qərar
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib.
azxeber.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Ətraflı
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəni, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, rəyləri araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - FOTO
"Orada xüsusi bir bənd var…" - İlham Əliyev
"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev
İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in həyat yoldaşıdır
Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar
İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı
Təbii qazın qiyməti bahalaşdı
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - Detallar
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb
İran: ABŞ blokadanı davam etdirsə, Hörmüz boğazı təhlükəsiz olmayacaq