"Konstitusiya və Suverenlik İli" çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş 2025-ci il "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən qrant müsabiqəsinin qalibi olan gənclər və gənclər təşkilatları ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş təşkil edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli, 451 nömrəli qərarı ilə təsdiq edilmiş "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası"na uyğun olaraq cari ilin 23 iyun – 30 iyul tarixlərində keçirilən qrant müsabiqəsinin əsas məqsədi dövlətçiliyin əsas sütunlarından olan Konstitusiya və suverenlik mövzularında gənclərin təşəbbüslərini dəstəkləmək, hüquqi savadlılıq səviyyəsini artırmaq və milli-mənəvi dəyərlərə bağlılıqlarını möhkəmləndirməkdən ibarət olub.
Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qalibləri təbrik edərək icra olunacaq layihələrin gənclər arasında Konstitusiyanın mahiyyətinin təbliği, onların hüquqi biliklərin artırılması və dövlətçilik ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Xüsusilə qeyd edilib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində dəstəklənən layihələr gənclərdə vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verəcəkdir.
Eyni zamanda, görüş çərçivəsində layihələrin effektiv icrası, ayrılmış qrant vəsaitindən məqsədyönlü istifadə, eləcə də paytaxt və regionlardan daha çox gənclər kütləsinin əhatə olunması ilə bağlı müzakirələr aparılıb. Fondun müvafiq şöbələri tərəfindən qaliblərə qrant müqavilələrinin bağlanması prosesi, maliyyə və təsviri hesabatların təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib və sonda qalibləri maraqlandıran suallar cavablandırılıb.
/ azxeber.com

Sosial       Tarix: 29 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler maraqlı xəbərlər son xeberler bu gun bugunun xeberleri