Konstitusiya və Suverenliyin təməli: Gələcək nəsillər üçün irs" mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR
Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar Naftalan ŞİH-nin Tədbirlər Planına uyğun olaraq "Konstitusiya və Suverenliyin təməli: Gələcək nəsillər üçün irs" mövzusunda dəyirmi masa keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə ŞİH-nin, hüquq mühafizə orqanlarının əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər, suverenliyi və tarixi zəfəri özündə əks etdirən foto şəkillərdən ibarət sərgi ilə tanış olublar.
Çıxış edənlər Heydər Əliyevin dövlətçilik, müstəqillik və hüquq sahələrindəki irsini, onun Azərbaycanın gələcək nəsilləri üçün yaratdığı əhəmiyyətli töhfələri vurğulayaraq bilavasitə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin suverenliyini qorumağa və demokratik prinsiplərə əsaslandığından söhbət açıblar. Bu prinsiplərin qorunması, sabit və müstəqil bir dövlətin davamlılığını təmin etməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri geniş vurğulanıb. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə qazanılan nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının, müdrikliyinin təntənəsidir.








Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır