"Kontakt" Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEO

Zəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Kontakt" mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də "Qarabağ Proqramı"na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.
Belə ki, "Kontakt" nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:
"Əgər iki il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə, bu gün biz Zəngilanda o xəyalları real həyatda yaşayırıq. Bizim şəbəkənin sloqanı "Kontakt sevindirir"di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq" – bu sözləri "Kontakt"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də "Kontakt"ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Kontakt" mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı" çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində "Vətən müharibəsi" və son sentyabr hadisələri şəhidlərinin, eləcə də onların ailə üzvlərinin şirkətə olan kredit borcları ləğv edilib. Bu silinmə eyni zamanda əmək qabiliyyətini itirmiş qazilərimizə və onların ailə üzvlərinə də şamil olunub. İndiyədək "Qarabağ Proqramı" çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə bir milyon manatdan artıq vəsait cəlb olunub.
Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə "Kontakt" hər kəsi Qarabağın dirçəldilməsində həmrəy və fəaliyyətdə olmağa çağırır.
Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!

/ azxeber.com

İqtisadiyyat       Tarix: 05 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler 2026 son xeber az hava haqqinda