"Kontakt"da "iPhone 18 Pro" seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO

Çoxdan gözlənilən "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Yeni telefonların ilk sahibi olmaq istəyənlər sentyabrın 24-dən 25-nə keçən gecə "Kontakt"ın İnşaatçılar mağazasına axın ediblər. Qafqazın ilk rəsmi "Apple Shop"unun yerləşdiyi mağazada satışlar saat 00:01-də başlayıb.
Gecə yarısı ölkənin aparıcı pərakəndə satış şəbəkəsi "Kontakt"da əsl "iPhone" həyəcanı yaşanıb. Şəbəkə 4-cü il ardıcıl satış rekordunu yeniləyib. Ön sifariş üçün həmin günə ayrılmış bütün "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri saatlar içində öz sahibini tapıb.
Rəng seçimində də maraqlı mənzərə yaranıb: "Burgundy" və "Black" ilk gündən alıcıların favoritinə çevrilib. "Kontakt"ın hazırladığı hədiyyələr isə, yeni telefon sevincinə əlavə rəng qatıb.
Hər iki modelin rəng və yaddaş variantları müntəzəm olaraq yenilənir. Yeni "iPhone" istəyənlər "Kontakt" mağazalarına və kontakt.az saytına üz tuta bilərlər. Modellər 18 ay faizsiz, ayda 199 manat 44 qəpikdən başlayan ödənişlərlə təklif olunur. Alışı onlayn kreditlə də rəsmiləşdirmək mümkündür.
kontakt.az üzərindən sifariş verənlər üçün alış prosesi daha da rahatdır. Çatdırılma pulsuzdur, şərtlərə uyğun məhsullar, əsasən də smartfonlar 2 saat ərzində ünvana çatdırılır. Onlayn alınan məhsulu isə qablaşdırması zədələnmədiyi halda 30 gün ərzində qaytarmaq mümkündür.
"Kontakt"da bütün brend və tərəfdaşlar rəsmidir, məhsullar rəsmi zəmanətlə satılır. Üstəlik, eyni məhsul digər rəsmi dilerdə daha ucuz olarsa, qiymət fərqinin 120%-i müştəriyə qaytarılır. 
Xatırladaq ki, "Kontakt" Azərbaycanda "Apple" brendinin rəsmi satış mərkəzidir. "İnşaatçılar" və "Bakıxanov stansiyası" mağazalarındakı rəsmi "Apple Shop"larda alıcılar cihazlarla yaxından tanış ola bilərlər. Burada "Apple" məhsulları vahid ekosistem şəklində nümayiş olunur. Ziyarətçilər onların bir-biri ilə necə işlədiyini yerində sınaqdan keçirir, brendin beynəlxalq təlimlərini keçmiş ekspertlərdən seçim və istifadə ilə bağlı məsləhət alırlar.

/ azxeber.com

İqtisadiyyat       Tarix: 25 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com valyuta mezennesi valyuta məzənnələri cebheden xeber