"Kontakt"dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan "Kontakt" mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə "Gələcəyi Yazanlar" təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.
azxeber.com xəbər verir ki, bu təşəbbüs yay aylarından start götürmüş "Kontakt" ilə "Div Academy"nin tərəfdaşlığı əsasında həyata keçirilən "Gələcəyi Yazanlar" təqaüd proqramının II dalğasının tərkib hissəsidir.
Proqramın əsas mexanizmi tələbə yönümlüdür: müraciətçilər əldə etdikləri nəticəyə əsasən 60% və ya 40% təqaüd qazana bilirlər.
Bundan əlavə, "Kontakt" bu layihədə bir xüsusilik də edib: sosial cəhətdən həssas əhali qrupundan 50 nəfərə tam 100% təqaüd də təqdim edir.
İndi isə Zəfər Gününün 5 illiyi münasibətilə bu rəqəmə əlavə yer də qoşulur. Zəfər yubileyinə görə "Kontakt" məhz qazi və şəhid ailəsi üzvü olan 20 nəfərin seçdiyi ixtisas üzrə təhsilin tam həcmini qarşılamağı öz üzərinə götürüb.
Proqram çərçivəsində ölkədə əmək bazarında ən çox tələb olunan istiqamətlər - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə real bacarıqlar formalaşdırılır. Tədris müddəti seçilmiş sahə üzrə orta hesabla 6 ay davam edir və dərslər mütəxəssis təlimçilər tərəfindən əyani keçirilir.
Qeyd edək ki, "Kontakt" mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı" çərçivəsində müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək "Qarabağ Proqramı" üzrə həyata keçirilən vətənpərvərlik layihələrinə 2 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. "Kontakt" mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.
"Qarabağ Proqramı" ilə həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

İqtisadiyyat       Tarix: 05 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az