Könüllü köçün arxasındakı ŞOK YALAN - Azərbaycana qarşı böyük "proksi" savaşı

Könüllü köçün arxasındakı ŞOK YALAN - Azərbaycana qarşı böyük ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin dünən Qafanda olub. Bu barədə səfirliyin Facebook səhifəsində paylaşılan məlumatda deyilir ki, səfər zamanı diplomat Qarabağdan köçən ermənilərlə görüşüb, onlarla söhbət edib. Səfirlik Paşinyan hökumətinin "köçkünlərin" yaşayış yeri tapmaları və Ermənistana uyğunlaşmalarına kömək etmək səylərini dəstəklədiyini açıqlayıb.
Əlbəttə, Birləşmiş Ştatların ermənilərə lütfkarlığı təzə məsələ sayılmaz. Elə Kuinin təmsil elədiyi hökumətin başçısı – prezident Co Bayden saxta "erməni soyqırımı"nı rəsmən tanıyan yeganə Ağ Ev rəhbəri kimi tarixə düşüb. Biz ABŞ-ın Qarabağdakı oyuncaq-kriminal rejimə illərdir maliyyə köməyi eləməsini və zaman-zaman xuntaçılara vizalar verib Konqresdə görüşlər keçirməyə, Azərbaycana hürməyə şərait yaratmasını da unutmamışıq. Postsovet məkanının digər heç bir ölkənin suverenliyi və ərazi bütövlüyünə bunca heyrətamiz və həyasız sayğısızlıq sərgilənməyib.
KONKRET.azxəbər verir ki,"ikili standart" siyasəti hazırda qismən fərqli qiyafədə davam etdirilir.
Söz düşmüşkən, nəsə yadımıza gəlmir ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində və ondan sonra, nə vaxt ki, Azərbaycanda 1 milyon qaçqın-köçkün var idi, ABŞ-ın Bakıdakı səfirləri (1992-ci ildən fəaliyyətdədir) didərgin soydaşlarımıza baş çəksinlər, onların qayğıları, dərdləri ilə maraqlansınlar, maddi kömək vəd eləsinlər. Əksinə, biz xalqımıza qarşı təcavüz və etnik təmiz dövründə Birləşmiş Ştatların, Konqresin Ermənistana yox, Azərbaycana sanksiya tətbiq eləməsinin şahidi olduq (İki ildir Vaşinqton Azərbaycana heç səfir də göndərmir, İrəvandakını isə səlahiyyəti bitən kimi dəyişdirib). Eləcə də Avropadan səs çıxmadı. Hansı ki, iki aydır "etnik təmizləmə" deyib yaxa cırır…
Bu yerdə analitik Aleksandr Rzuvayev tam haqlıdır deyəndə ki, Qərb müsəlman dünyasını, türkləri sevmir. Qardaş Türkiyənin on illərdir Avropa Birliyinin qapısı ağzında gözlədilməsinin, saxta erməni "genosidi"nin yalnız bir qrup – 27 xristian ölkə tərəfindən tanınmasının əsas səbəbi bu: Türkə nifrət, ksenofobiya, islamofobiya. İndi də Qərbdə Azərbaycana qarşı "etnik təmizləmə" bayatıları oxunur.
Ancaq bəd niyyətləri reallaşmayacaq. Hər halda Azərbaycan da sakit dayanmayıb və dost-müttəfiq, tərəfdaş sarıdan yalqız deyil. Öz işini görür, əks-təbliğatını və təbliğat işlərinı aparır. İnanırıq ki, enində-sonunda düz yenə əyrini kəsəcək. Necə ki, xristian dünyasının ermənilərə sarsılmaz dəstəyinə rəğmən, 30 illik işğala son qoya, Qarabağda separatizmin kökünü kəsə bildik.
Ötə yandan, Azərbaycan Prezidentinin söylədiyi kimi, 20-30 ölkə hələ beynəlxalq birlik demək deyil. Hərçənd ÜDM-yə görə böyük güc sayılır. Üstəgəl, XX əsrin əvvəllərindən fərqli olaraq, sürətli internet əsrində yaşayırıq. Artıq barmaqdan sovrulmuş feyk-faktları bəşəriyyətə həqiqət kimi qəbul etdirmək faktiki mümkünsüzdür. Hər şey ortada, masada.
Odur ki, erməni xristian həmrəyliyinə çox arxayın olmasın. Hərgah, əgər biri gerçəyi qoyub erməni yalanına inanmağa vərdişkardırsa, o düzələn deyil. Ondan ədalət ummağa dəyməz…
Bu arada Ermənistanın İstintaq Komitəsi Qarabağdan könüllü getmiş ermənilərdən Azərbaycan əleyhinə saxta ifadələr yığmağa davam edir. Ermənistan XIN-in bununla bağlı yaydığı məlumatda iddia edilir ki, guya "Qarabağda etnik təmizləmə və köç zamanı 14 nəfər işgəncəyə məruz qalıb, 64 nəfər həlak olub".
"Ermənistanın İstintaq Komitəsinin dərc etdiyi məlumata əsasən, sentyabrın 19-da təcavüz zamanı 200-dən çox insan (oxu: silahlı separatçı – Z.S.) həlak olub. Onlardan 9-u mülki şəxs, üçü uşaqdır (?! – Z.S.). 231-i hərbçi, 80-i mülki şəxs olmaqla, 300-dən çox insan yaralanıb. 14 nəfər Azərbaycan hərbçiləri tərəfindən işgəncələrə məruz qalıb, 64 nəfər Artsaxdan Ermənistana gedən yolda həlak olub. Məlumatlar 30 oktyabr tarixinə yenilənib və ilkindir", – məlumatda qeyd edilir.
Yəni erməni saxtakarlığının "davamı" gələcək. Bir azdan meyitlərin "balaladığını" eşitsəniz, təəccüblənməyin. Əgər xroniki xəstəlikdən, qripdən, sifilisdən, xərçəngdən ölənləri, ümumiyyətlə əcəli ilə gəbərənləri də ayağımıza yazmağa başlayıblarsa, demək ki, var gücləri ilə 1915-in böyük yalanını təkrarlamağa girişiblər. Azərbaycana qarşı yeni proksi müharibə güclənib.Musavat.com

Siyasi       Tarix: 01 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler