Koordinasiya Şurasının ilk iclası keçirilib - FOTO

Koordinasiya Şurasının ilk iclası keçirilib - FOTOKoordinasiya Şurasının ilk iclası keçirilib - FOTO
Koordinasiya Şurasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq beşinci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının birinci iclası keçirilib. 
Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edilib.
Fəaliyyət Planının 3-cü hissəsinə əsasən, PL/TMM üzrə Milli Risk Qiymətləndirilməsinin dövri qaydada aparılması, milli qanunvericiliyin beynəlxalq PL/TMM standartları ilə uyğunlaşdırılması, eləcə də Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxslərindən ibarət Koordinasiya Şurası yaradılıb.
Sonra İqtisadiyyat nazirinin müavini-Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Rövşən Nəcəf MRQ-nin həyata keçirilməsinin hüquqi əsasları, PL/TMM sistemi üzrə qiymətləndirmə prosesi barədə məlumat verib.
Tədbirdə vurğulanıb ki, 2014-2015-ci illərdə birinci MRQ-nin aparılması zamanı müxtəlif metodologiyalardan, o cümlədən Dünya Bankının təqdim etdiyi metodologiyadan istifadə olunub. Görüşdə həmçinin, Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən spesifik sahələr üzrə strateji təhlillərin və risk qiymətləndirmələrinin aparılması məqsədilə "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" proqramı çərçivəsində Avropa Şurası, qeyri-hökumət təşkilatları üzrə PL/TM risklərinin qiymətləndirilməsi üçün isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə növbəti ildə əməkdaşlıq, eləcə də PL/TMM sisteminin qiymətləndirilməsi üçün aidiyyəti işçi qrupların yaradılması təklif edilib.
Bildirilib ki, 2022-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın PL/TMM sisteminin 5-ci raund qiymətləndirilməsinin başlanılması gözlənilir. Belə ki, həm milli qanunvericiliyin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən PL/TMM üzrə qəbul edilən beynəlxalq standartlara uyğunluğu, həm də PL/TMM sisteminin fəaliyyət effektivliyi qiymətləndiriləcək.
Tədbirdə PL/TMM sisteminin qiymətləndirilməsi üzrə yaradılması təklif olunan işçi qrupların fəaliyyət mexanizmi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Koordinasiya Şurasının ilk iclası keçirilib - FOTO

Sosial       Tarix: 25 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi