Koreya hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə etdi - FOTO

Koreya hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə etdi - FOTOKoreya hökuməti COVID-19 pandemiyasından sonrakı dövrdə həssas əhali qruplarından olan uşaqların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edib.
KONKRET.az xəbər verir ki, ianə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədi ilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 000 ABŞ dolları (510 000 manat) təşkil edir.
Defibrilyator həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.
Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 sm ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.
İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.
6 ədəd süni tənəffüs aparatı İntensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 sm ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerji saxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.
Qeyd edək ki, tibbi avadanlıqlar Respublika Perinatal Mərkəzinə və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına verilib.
Koreya hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə etdi - FOTO

Sağlamlıq       Tarix: 04 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler hava axsam az xeberler hava haqqinda