"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində avtobus yandı
Yanvarın 18-də axşam 21:10 radələrində "Manella" MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77 JA 185 DQN-lı sərnişin avtobusunda yanğın olub.
Bu barədə azxeber.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hadisə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində baş verib. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib.
Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.
Məlumata görə, hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var