"Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur "İmagine Dragons" qrupunun konsert proqramına marağı və təşkilat komitəsinin müraciətini nəzərə alaraq, Bakı metropolitenində bir sıra tədbirlər hazırlanıb.
azxeber.com-un "Bakı Metropoliteni" QSC-yə istinadən verdiyi məlumata görə, konsertin başlanma vaxtı ərəfəsində Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, "Koroğlu" stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
Stansiyada operativ qərargah fəaliyyət göstərməklə zəruri tənzimləmələr aparılacaq. Əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinlərin səmti rahat müəyyən etməsi və nizamlı hərəkətinin təşkili məqsədilə fəaliyyət göstərəcək.
Sərnişin axınının tənzimlənməsi məqsədilə axşam saatlarından Yaşıl və Qırmızı xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək və müntəzəm sərnişindaşıma prosesinə cəlb ediləcək.
Konsert başa çatdıqdan sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlərin nizamlı hərəkəti, gedəcəyi istiqaməti rahat müəyyən etməsi və platforma boyunca bərabər paylanması üçün ehtiyat işçi qüvvəsi müxtəlif zonalarda tənzimlənmiş fəaliyyət göstərəcək.
Həmin vaxt "Koroğlu" stansiyasında daşıma prosesinin operativliyinin təşkili və buradan yola salınan qatarların hərəkəti xüsusi qaydada tənzimlənəcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün ehtiyat qatarların sayı daha da artırılacaq və bununla xətlərdə qatarların hərəkəti intensivləşdiriləcək.
Konsert proqramının başa çatması nəzərə alınmaqla, metropolitenin iş rejiminin qısa müddətlik uzadılmasının mümkünlüyü diqqətdə saxlanılacaq.

Sosial       Tarix: 02 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri