Korona ya payızda bitəcək, ya da... - Professor
Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər. Maraqlıdır, bəs ölkədə hansı halda karantin ləğv edilə bilər?
Milli.Az axar.az-a istinadən bildirir ki, professor Adil Qeybullanın dediyinə görə, karantinin ləğv edilməsi üçün ÜST rəy verməlidir:
"Karantinin ləğv edilməsi barədə biz də müraciət etmişdik və karantin davranışlarına nəzarətin ciddi olması şərtilə sosial həyatın fəallaşmasını məsləhət görmüşdük. Ola bilsin ki, birinci yumşaldılmadan sonrakı vəziyyəti görüb ehtiyat etdilər. Çünki mayda tətbiq edilən yumşaldılma zamanı yoluxma sayı artdı. Bu səbəbdən ehtiyatlı davranırlar. Hesab edirəm, yavaş-yavaş müəyyən yumşalmalar tətbiq ediləcək. Ümumiyyətlə isə ölkədə karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatı rəy vermədən ləğv edilə bilməz. Yalnız karantin davranışlarına əməl edilməklə qaydaları yumşaltmaq mümkündür. Yumşaldılma zamanı maska və əlcəklərdən istifadəyə, qapalı məkanların giriş-çıxışında əllərin dezinfeksiya edilməsinə, içəridə sahəyə uyğun olaraq daxil olan adamların sayına və s. məsələlərə riayət edilməlidir. Bütün bu tədbirlər ÜST-ün karantinlə bağlı son zəngi çalmasına qədər davam etməlidir".
Adil Qeybulla ÜST-ün koronavirusdan həmişəlik yaxa qurtarmağın mümkün olmaması barədə açıqlamasına da münasibət bildirib:
"Düzdür, daha əvvəl lokal epidemiyalar olub və olacaq da. Lakin ispan qripindən sonra dünyada belə bir pandemiya olmayıb. Hər il koronavirus olurdu. Sadəcə, bu, yoluxucudur və pandemiya törədib. Bu virus ya payızın sonuna yaxın yoxa çıxacaq, ya da sakitləşib bədənimizdə qalacaq".
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar