Koronavirus peyvəndi ilə bağlı ümidverici açıqlama: oktyabrda...
Yeni tip koronavirusa qarşı peyvənd oktyabr ayında istifadəyə verilə bilər.
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Oksford Universitetində işləyən Beçmann BMT-nin Cenevrə ofisində keçirilən Media Nümayəndələri Birliyinin (ACANU) mətbuat konfransında açıqlayıb.
İsveçrənin "Saiba" şirkəti ilə bigə COVID 19 xəstələri üçün peyvənd hazırlamağa çalışdıqlarını bildirən Beçmann işlərinin ümidverici olduğunu vurğulayıb.
"Saiba"nın əməliyyat direktoru və biokimyaçı Geri Yenninqs kliniki sınaqlar üçün hazırlıqların bu ayın sonunda tamamlanacağını deyib. Kliniki sınaqlara Sürix Tətbiqi Elmlər Universiteti də yardımçı olacaq.
ÜST-dən tam dəstək
Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus Cenevrə ofisində baş tutan videokonfransda məsələ ilə bağlı sualları cavablandırıb. O prosesin sürətləndirilməsi və peyvəndin adil şəkildə paylanmasına dair işlər gördüklərini bildirib.
ÜST-ün Fövqəladə Vəziyyətlər Proqramının direktoru Mayk Rayn peyvənd üçün görülən işləri məmnuniyyətlə qarşıladıqlarını deyib. O, peyvəndin effektiv olduğu təqdirdə, dünyanın gördüyü ən böyük səhiyyə, siyasi və maliyyə uğurlarından biri olacağını qeyd edib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi