Koronavirusa inanmayan və lağa qoyan Prezident "YOXA ÇIXDI"

Koronavirusa inanmayan və lağa qoyan Prezident "YOXA ÇIXDI"Tanzaniyanın prezidenti, COVİD-19 pandemiyasını lağa qoyan və koronavirusun mövcudluğuna inanmayan Con Maqufuli üç həftədən artıq "yoxa çıxıb". Ölkə başçısı publika qarşısında görünmür və müxalifət lideri Tundi Lisunun bildirdiyinə görə, 61 yaşlı Maqufuli koronavirusa yoluxub. Qonşu Keniyada xəstəxanalardan birinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub, vəziyyəti kritikdir.
Digər məlumata görə prezident Hindistana müalicəyə aparılıb və ölüm ayağındadır.
Koronavirusa inanmayan və lağa qoyan Prezident "YOXA ÇIXDI"Tanzaniya hakimiyyəti isə həm epidemiyanı, həm prezidentin yoxa çıxmasını inkar edir. Hüquqi münasibətlər naziri (Tanzaniyada belə vəzifə var) Mviqulu Nçemba Tvitter-də bildirib ki, prezident publika qarşısına çıxmalı deyil. "Axı o teleaparıcı deyil ki, hər gün efirə çıxsın",-nazir bildirib.
Bir neçə gün əvvəl isə Keniya qəzetlərindən biri "Afrika ölkələrindən birinin liderinin" paytaxt Nayrobidə xəstəxanaya yerləşdirildiyini və koronavirusla bağlı süni tənəffüs aparatına qoşulduğunu yazıb. Lakin həmin dövlət başçısının adını göstərməyib. Hərçənd məqalədə qonşu Tanzaniyanın adı çəkilir.
Prezident Maqufuli sonuncu dəfə publika qarşısında fevralın 24-də görünüb və paytaxt Dar-əs-Salamda kommersiya mərkəzinə baş çəkib, orada təşkil olunan konfransda çıxış edib. Fevralın 27-də o, Şərqi Afrika ölkələri liderlərinin videokonfrans yolu ilə təşkil olunan sammitinə qatılmalı idi, amma sammitdə görünməyib. Əvəzində ölkəni vitse-prezident Samiya Hasan Suluhu təmsil edib.
Koronavirusa inanmayan və lağa qoyan Prezident "YOXA ÇIXDI"Fevralda prezident əhalini "xəstəlikdən sağalmaq" üçün üç gün dua etməyə çağırmışdı. Lakin koronavirus pandemiyası haqda danışmamışdı, bildirmişdi ki, sərt karantin tətbiq etməyəcək: "Mən lokdaun elan etməyə hazırlaşmıram, çünki bizi Allah qoruyur!"
O, habelə oğlunu limonlu zəncəfill və buxar inqalyasiyası ilə necə müalicə etdiyini də danışmışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tanzaniya koronavirusa yoluxma halları barədə rəqəmləri 2020-ci ilin mayından etibarən təqdim etmir. Həmin vaxta qədər ölkədə 509 yoluxma və 21 ölüm qeydə alınmışdı. Tanzaniyanın səhiyə naziri isə rəsmən koronavirusa qarşı vaksinlərdən imtina edib, hətta COVAX proqramı çərçivəsində pulsuz verilən vaksinləri də almayacaqlarını bildirib. Tanzaniyadan başqa Burundi, Eritreya və Madaqaskar da vaksin almaqdan imtina edib.
Tanzaniyanın Zanzibar regionunun birinci vitse-prezidenti Seyf Hamad ötən ay koronavirusdan ölüb. Bundan bir neçə gün sonra maliyyə naziri Filip Mpanqo koronavirusa yoluxub öldüyü haqda şaiyələri təkzib etmək üçün Nayrobidə konfransda çıxış edib. Amma nazir həmin vaxt bərk öskürürmüş və xırıldayırmış... (virtualaz.org) /publika.az

Dünya       Tarix: 13 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun en yeni xeberler son xabar krminal bu gun