Koronavirusa yoluxmada artım müşahidə olunmur

Koronavirusa yoluxmada artım müşahidə olunmur"Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Mövsümü A qripi virusunun yayılması haqqında məlumatlar var. Səhiyyə Nazirliyinin tabeliyində olan xüsusi laboratoriyalara göndərilən nümunələrdə tək-tək onun təsdiqi müşahidə olunur. Digər respirator virus infeksiyaları da yayılıb. Bununla yanaşı az sayda da olsa yeni növ koronavirusun (COVID-19) yayılması hallarına təsadüf edilir".
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər qrip virusunun ağır növünün yayılması barədə dolaşan xəbərlərə münasibət bildirərkən deyib.
Onun verdiyi məlumata görə, hazırda mövsümə uyğun olaraq bəzi respirator virusların, xüsusilə qripin yayılma dönəmidir. Lakin həmin virusun ağır növü ilə əlaqədar heç bir hal qeydiyyata alınmayıb. A qripi adlanan virus növü var və ona da tək-tək hallarda rast gəlinir.
İnfeksionist Türkiyədə yayılan koronavirusun mutasiyaya uğramış JN.1 variantının artması məsələsinə də diqqət çəkib. O, qeyd edib ki, virusun yayılması ilə əlaqədar maskanın tövsiyə olunması mənfi hal deyil. Ümumiyyətlə, istənilən virusa qarşı qorunmaq yaxşı haldır. Lakin virusun bu növü Azərbaycanda yoxdur: "Koronavirusun statistikası da göstərir ki, son günlər artımlar müşahidə olunmur. Xarici ölkələrdə, o cümlədən qonşu Türkiyədə rast gəlinən mutasiya olunmuş omikronun alt növü olan JN.1ştamının da Azərbaycanda mövcud olması haqqında heç bir məlumat yoxdur. Lakin onun olması da istisna deyil, çünki miqrasiya və turist axını bunu deməyə əsas verir".
Mütəxəssis-ekspert onu da bildirib ki, ümumi viruslara qarşı xüsusi risk qruplarında olanlar daha diqqətli olmalıdırlar. Azyaşlı uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar tünlük olan yerlərdə tibbi maskadan istifadə etməsi daha məqsədəuyğundur.

Sağlamlıq       Tarix: 15 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az xeberler bu gun son xabarlar