Koronavirusdan sağalmış idmançı: "Bəhram Bağırzadə məndən iki palata aralı yatırdı"
"Dünəndən evə buraxılmışam. Verdiyim sonuncu test neqativ çıxdı. Artıq sağaldığımı dedilər".
Open.az xəbər verir ki, bunu Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru, pauerliftinq üzrə dünya və Avropa çempionu Bayram Əliyev deyib.
Ancaq o, koronavirusdan sonra ayağında tromb yarandığını deyib:
"Sağ ayağımda tromb əmələ gəlib. Yeriyə bilmirəm, arabada gəzirəm. Bu gün özəl xəstəxanalardan birinə getdim. Şükürlər olsun ki, əməliyyata ehtiyac olmadı. Doppler etdirdim. Həkim baxdı ki, tromb yaranıb və altı ay ərzində müalicə olunmalıyam. Ağciyərlərim isə qaydasındadır. Sadəcə, nəfəs almaqda bir az çətinliyim qalıb".
O, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvü, Əməkdar artist Bəhram Bağırzadənin də müalicə olunduğu Tibb Universitetinin Tədris Terapevtik Klinikasında yatdığını bildirib:
"Bəhram Bağırzadə bizdən iki palata aralı yatırdı. Tibb bacısı mənə dedi ki, onun vəziyyəti səninkindən yaxşıdır. Amma sonra necə oldusa, vəziyyəti pisləşdi və iyunun 14-ü gecə saat 2-də onu Mərkəzi Gömrük Hospitalına köçürdülər".
Bayram Əliyev insanları bir daha koronavirusa inanmağa çağırıb:
"Mən 14 gün yatdım. Əvvəl normal nəfəs alırdım. Amma klinikaya çatanda nəfəs ala bilmirdim, ilan kimi qıvrılırdım. Nəfəs vermək üçün "şlanq"ı ağzıma qoymuşdular, deyirdim ki, "xod" verin. Dedilər ki, xod versək, ciyərlərin partlayar. Bizim millət bu xəstəliyə inanmır. Amma özünüzü qoruyun".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq