Koronavirusdan vəfat edən anasını öz maşınında dəfn etməyə apardı: Görüntüyə RƏSMİ CAVAB - VİDEO

Koronavirusdan vəfat edən anasını öz maşınında dəfn etməyə apardı: Görüntüyə RƏSMİ CAVAB - VİDEOKoronavirusdan dünyasını dəyişən qadının cəsədinin dəfn edilməsi üçün xəstəxanadan oğluna təhvil verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videogörüntüdə koronavirusdan vəfat etmiş şəxslərin dəfnlə bağlı prosedur qaydalarının tam fərqli olduğunu deyən şəxs cəsədi maşında aparır və özünün də virusa yoluxacağından ehtiyatlanır.
Open.az xəbər verir ki, Gəncədə çəkildiyi və meyitin 3 saylı xəstəxanadan vəfat edən şəxsin oğluna verildiyi bildirilən videogörüntü sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.
Məsələ ilə bağlı "Cebhe.info"nun sorğusunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi belə cavablandırıb: "29.07.2020-ci il tarixdə sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş video-görüntü ilə əlaqədar Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun verdiyi məlumata görə, sözügedən hadisədə az müddət xəstəxanada qalmış və vəfat etmiş mərhumun meyiti 29.07.2020-ci il tarixdə, saat 12:00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib.
Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərinin müayinəsi və dezinfeksiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.03.2020-ci il tarixli, 22 saylı əmrində nəzərdə tutulmuş qaydalara ("COVİD-19 infeksiyasına yoluxma səbəbindən vəfat etmiş şəxslərin meyitlərinin müayinəsi, daşınması və dəfninə dair qaydalar) əsasən həyata keçirilir. Meyitlər "MTE və PA Birliyi"nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.
Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur. Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır. Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz edilmişlər. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur.
Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir. Bu barədə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə istər müsahibə ilə, istərsə də yazılı şəkildə ətraflı bildirişlər verilib, əhali və aidiyyətli qurumlar məlumatlandırılıb. Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir".

Hadisə       Tarix: 31 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun valyuta mezennesi banklar bugunun xeberleri sou xeberler bugun