Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandı

Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandıKoronavirus xərçəng, ürək-damar, şəkər kimi dünyada illik ölümlərin 71%-ni əhatə edən və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına, eynilə müalicəsinə ciddi zərbə vurub.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir.
ÜST-ün may ayında 3 həftə boyunca 155 ölkədə apardığı araşdırmada COVID-19 pandemiyasının yoluxucu olmayan xroniki xəstəliklərin müalicəsini qlobal miqyasda krizisə uğratdığı məlum olub.
Araşdırmada xüsusilə səhiyyə sistemi zəif olan ölkələrdə pandemiya səbəbilə bu xəstəliklərin qarşısının alınması və müalicəsinin böyük zərər gördüyü üzə çıxıb. Yoluxucu olmayan xəstəliklərə sahib insanların digərlərinə nisbətən COVID-19 qaynaqlı ölümlər mövqeyindən böyük risk altında olduğu vurğulanıb.
Araşdırma aparılan 155 ölkənin 53%-də yüksək təzyiq, 49%-də şəkərlə bağlı komplikasiyalar, 42%-də xərçəng, 31%-də ürək-damar xəstəliklərinin müalicə və xidmətlərinin qismən, yaxud tamamilə pozulduğu bildirilib.
Araşdırmanın nəticələrini şərh edən qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus bu nəticələrin sürpriz olmadığını deyib: "Xərçəng, ürək-damar və şəkər xəstəliklərinin müalicəsinə ehtiyac duyan bir çox insan pandemiya başlayandan bəri lazımi səhiyyə xidmətlərini və dərmanları ala bilmir".
Yoluxucu olmayan xəstəliklər hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu da qlobal miqyasda ölümlərin 71%-ni təşkil edir. Hər il 30-69 yaş arasında 15 milyon insan bu xəstəliklər səbəbilə ölür. Bu erkən ölümlərin 85%-i aşağı və orta gəlirli ölkələrdə yaşanır.
Zümrüd

Dünya       Tarix: 02 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 son xəbərlər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 azerbaycan