Korotçenko: "Azərbaycandakı seçici fəallığı Avropanın heç bir ölkəsində ola bilməz"
" class="imgbcode" />Dünən Azərbaycanda keçirilən prezident seçkilərində müşahidə olunan seçici fəallığı Avropa İttifaqının (Aİ) heç bir ölkəsində ola bilməz.
Bunu politoloq İqor Korotçenko Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.
"Bu, Azərbaycan vətəndaş cəmiyyətinin yetkinliyinin və seçicilərin yüksək məsuliyyətinin göstəricisidir. Onlar başa düşürlər ki, səsləri, bu məsələyə töhfələri həqiqətən ölkənin gələcəyini müəyyən edir. Çünki prezident dövlətin təcəssümüdür və Azərbaycan xalqının fikrincə, vətəndaşlar ölkəni irəli aparmalı olan namizədə səs verməyə gedirdilər", – o vurğulayıb.
İ.Korotçenkonun fikrincə, İlham Əliyevin qələbəsi təkcə xalqın onun siyasi kursuna verdiyi dəstəkdən irəli gəlmirdi: "Bu nəticə ondan irəli gəlir ki, onun siyasəti milli maraqları əks etdirir və heç bir kənar təzyiqə məruz qalmır".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir./Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir