Kosovo hökuməti Serbiya ilə qarşıdurmaya səbəb olan qərarı bir ay təxirə saldı
Kosovo hökuməti ölkədə yaşayan serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Kosovo hökumətindən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək. Bu qadağa serb icmalarında vəziyyət daha da gərginləşib.
Serbiya prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində,"Kosovo serbləri bundan sonra heç bir zülmə dözməyəcəklər",-deyib. Vuçiçin açıqlamalarından sonra iki ölkənin sərhəd bölgələrində hava hücumu sirenləri işə salınıb. Kosova polisi isə "Brnyak" və "Yarinye" sərhəd-keçid məntəqələrini bağlayıb.
Digər tərəfdən, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonu hələ də öz ərazisi hesab edir.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?