Kosovodakı NATO Qüvvələri: "Sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırıq"
"NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vəziyyəti yaxından izləyir və BMT Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı qətnaməsinə uyğun olaraq sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır. NATO-nun rəhbərlik etdiyi KFOR missiyamız bütün Kosovo xalqı üçün təhlükəsiz mühit və hərəkət azadlığını təmin etməkdir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun Kosovo Qüvvələri (KFOR) açıqlama yayıb.
Bəyanatda həmçinin bildirilir ki, NATO dialoq vasitəsilə Priştina və Belqrad arasında normallaşma prosesini tam dəstəkləməyə davam edir və bütün tərəfləri danışıqları davam etdirməyə çağırır:
"İnsan hüquqlarına və demokratik dəyərlərə hörmət edilmədən Balkanlarda daha yaxşı gələcəyə heç bir real ümid olmayacaq. Konstruktiv dialoq regional sabitliyin açarıdır. KFOR Kosovoda BMT mandatına uyğun olaraq bütün lazımi tədbirləri görəcək".
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?