"Kredit əldə etməyin qaydaları sərtləşdirilməlidir" - AÇIQLAMA

Azərbaycanda vaxtı keçmiş problemli kreditlərin həcmi yenə artmaqda davam edir. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, problemli kreditlərin artmasının əsas səbəbi ilk növbədə tək gəlir qaynağına, xüsusi ilə də əmək haqqına güvənilərək götürülən kreditlərdən qaynaqlanır.
O bildirib ki, bununla belə istehlakçı məsuliyyətsizliyi də səbəblər sırasındadır: "Düşünülə bilinər ki, şəxsin bir çox gəlir yeri varsa, nə üçün kreditə müraciət etsin ki? Ancaq hesablamaq lazımdır ki, ümumi gəlir və ya ailə büdcəsinin ümumi məbləği hər hansısa bir hal olduqda həmin krediti ödəməyə kifayət edəcəkmi? İkinci bir məsələ isə şəxsi müşahidə etdiyim vətəndaş məsuliyyətsizliyidir. Məsələn, şəxs sosial şəbəkə hesabında paylaşır ki, işdən ayrıldım və ya gecikməm var. Anonim hesabla bir çox şəxslər "məsləhət" verir, "ödəmirəm, adıma heçnə yoxdur, nə edirlər, etsinlər", "bank yüksək faizlə verib, faiz haramdır" kimi fikirlər səsləndirilir. Bu tip paylaşımlar, rəylər isə saysız-hesabsızdır. Vətəndaş tam məsuliyyəti ilə dərk etməlidir ki, bankın da öhdəlikləri var, şəxsə məcburi imza atdırılmayıb, o öz iradəsi ilə müraciət edib. Düşünürəm ki, qaydalar dəyişmədikcə qarşısını almaq mümkün deyil. Əvvəlki illərdə hətta 15-20 il əvvəl kiməsə borc lazım olduqda yaxınlarına müraciət edirdi. Qaytarılmayan, qohum-qonşudan ayıbdır deyə istənilməyən borclar artıq vətəndaşları banklara yönləndirdi. Orta yaşlı insanlar üçün borca görə kimisə şikayət etmək ayıbdır. Nəticədə insanların inamı, etibarı öldüyü üçün növbəti dəfə artıq kimsə kimsəyə borc vermir. Banka yönəldikdə isə problemli kreditlərin həcmi artır. Problemli kreditlərin artmasının digər səbəbi isə, məsələn, şəxs vəfat edir, vəfatından sonra məlum olur ki, həmin şəxsin banka borcu var, övladları mirası qəbul etdikdə borc ona ötürülür, mirası qəbul etmədikdə isə artıq bankda bu problemli kreditlərin artmasına şərait yaradır. Bu səbəbdən sığorta məcburi olmalıdır, çünki bankın da bir öhdəliyi var. Müəyyən məbləği Mərkəzi Bankdan götürür, üzərinə faiz əlavə edərək vətəndaşa kredit verir. Orada çalışan şəxslər, onların əməkhaqları, bankın saxlanılması üçün xərclər var".
Ekspert düşünür ki, qaydaların sərtləşdirilməsi problemin həll yolu ola bilər: "1000 manatdan yuxarı kreditlər üçün daşınar və ya daşınmaz əmlakın girov qoyulması, sığortanın məcburi olması problemi müəyyən qədər həll edər. Düşünürəm ki, problemli kreditlərin həlli üçün sosial sığortalar məcburi olmalıdır. Şəxs bankdan kredit götürdükdə məcburi olaraq sığortalamalıdır bu kimi problemlər aradan qaldırılsın. Bankların faiz məsələsinə də toxunmaq istəyərdim. Düşünürəm ki, faiz həcminin aşağı endirilməsi, iqtisadiyyatda pulun dövr etmə sürətinə, qeyri-neft sektorunun, xüsusi ilə də özəl sahibkarlığın inkişafına dəstək göstərəcək. Ölkədə ideyası olan gənclər saysız hesabsızdır. Həmin gənc yüksək faiz, obyektin icarəsi, işinin əmək haqqı, vergi ödənişləri, komunal və s digər ödənişlərin qarşılığında nə qədər marja əldə edə bilər ki? Onun üçün də ya ilk 3 il faizsiz kredit verilməli, ya da vergi, DSMF ödənişlərindən müəyyən müddət güzəşt olmalıdır".

Sosial       Tarix: 25 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ankara məktəbi'nə yeni direktor təyin edildi

"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin edilib. xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov müvafiq təyinatla bağlı əmr imzalayıb. Bildirilib ki, əmrə əsasə

Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır

Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarının ləğv olunduğunu elan edib. yenisabah-a istinadən xəbər verir ki, söhbət "Saha Robotik ve Teslimat Teknolojileri Anonim Şirketi"nin (VÖEN: 1308419741) və "Pape

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur

Kiçik sahibkarlıq subyektlərinə tətbiq olunan 25 faizlik mənfəət vergisi güzəştinin konkret hesablama mexanizmi və yararlanma şərtləri izah edilib. yenisabah-a istinadən xəbər verir ki, nümunəvi hesablamaya əsasən, 2026-c

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 met

Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması fonunda dekabrın 23-də keçiriləcək növbəti iclasda hansı qərarın qəbul ediləcəyi maraq doğurur. Xüsusilə uçot dərəcəsinin mümkün azalmasının kommersiy

Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR

"Qış aylarında qaz və elektrik enerjisi istehlakının artması təbii prosesdir. Çünki havaların soyuması ilə mənzillərin və fərdi evlərin qızdırılmasına daha çox enerji sərf olunur. Lakin burada əsas məsələ təkcə istehlakı

Daha bir gənc müəllim qəfil dünyasını dəyişdi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivinə ağır itki üz verib. . "Unikal"a istinadən xəbər verir ki, gimnaziyanın gənc fizika müəllimi Aygün dünyasını dəyişib. . Onun qəfil öldüyü bildirilir.


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər sonxeber.az cəbhədən ən son xəbər sou biznes