Kredit kartlarının sayı ilk dəfə iki milyonu ÖTDÜ

Kredit kartlarının sayı ilk dəfə iki milyonu ÖTDÜMərkəzi Bankın açıqlamasına görə, ilk yarımilin sonunda Azərbaycanda kredit kartlarının sayı ilk dəfə 2 milyon ədədi ötüb (2 milyon 20 min kart). Bu, həm də Azərbaycanda indiyədək qeydə alınan ən yüksək göstəricidir. 
Səkkiz il öncəki devalvasiyayadək Azərbaycanda kredit kartlarının sayında artım gözə çarpırdı. 2014-cü ilin sonunda ölkədə 1.3 milyon kredit kartı vardı. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən problemlər ən çox bank sektoruna ziyan vurmuşdu. Həmin dövrdən bəri iqtisadi göstəricilərin pisləşməsi satışı azaltmışdı. Digər tərəfdən, bir neçə bankın batması da ölkədə kredit kartlarının sayını azaltmışdı.
Beləcə, yalnız bir il sonra – 2015-ci ilin sonunda Azərbaycanda cəmi 631 min kredit kartı vardı. Bu, bir ilə iki dəfədən çox azalma demək idi. 2020-ci ildə ölkədə kredit kartlarının sayı yenidən 1 milyon ədədi ötdü. Bu dövrdən başlayaraq, Azərbaycanda kredit kartlarının sayında artım müşahidə edilib və son üç ildə kredit kartlarının sayı təxminən 1 milyon ədəd çoxalıb.
İnflyasiya üzündən bir çox məhsulun bahalaşması və məhsulun dəyərini aylara bölməklə ödəmək imkanı, eləcə də ölkədə nağdsız ödənişlərin genişlənməsi, bankların onlayn kredit imkanları ölkədə kredit kartlarının sayını artıran əsas səbəblərdir.
Əhalinin banklara borcu artır
Kredit kartlarının sayı ilə yanaşı, vətəndaşların banklara borcu da artmaqdadır. Bu ilin əvvəlində Azərbaycanda əhalinin banklara toplam borcu 5 milyard 754 milyon manat idi. İlk yarımildə bu rəqəm 6 milyard 325 milyon manata yüksəlib, yəni 571 milyon manat və ya 10 faiz artıb. İpoteka kreditləri də diqqətə alınsa, hazırda əhalinin hər nəfərinə düşən bank kreditinin məbləği təxminən 950 manatdır. Ötən ilin eyni dövründə bu rəqəm ortalama 785 manat civarındaydı.
Əhali ilə yanaşı, şirkətlərin də banklara borcu artıb. 2023-cü il başlayarkən, ölkədə biznes kreditləri portfeli 10 milyard 885 milyon manat idi. Altı ay içində bu rəqəm 11 milyard 650 milyon manata yüksəlib. Başqa deyimlə, şirkətlərin banklara olan borcu 765 milyon manat və ya 7 faiz artıb.
Kredit satışının artması bankların faizlərdən əldə etdiyi gəliri də yüksəldib. İlk yarımildə Azərbaycan bankları verdiyi kreditlərə görə toplam 1 milyard 235 milyon manat faiz gəliri götürüb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 36 milyon manat idi. Deməli, ötən illə müqayisədə banklar faizlərdən 200 milyon manat daha çox gəlir qazanıb. Bütün gəlir və xərclər nəzərə alındıqdan sonra, 2023-cü ilin ilk altı ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 563 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya 40 faiz daha çox qazanc deməkdir.
Əhalinin banklardakı pulu necə dəyişib?
Mərkəzi Bankın açıqladığı göstəricilərdən bəlli olur ki, əhalinin banklarda saxladığı vəsait banklardan alınan kreditlərlə müqayisədə daha az artıb. Bu ilin ilk yarısının sonuna Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 milyard 595 milyon manat olub. İlin əvvəlində bu rəqəm 6 milyard 204 milyon manat idi. Bu baxımdan, il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 391 milyon manat və ya 6 faiz artıb.
Tələbli depozitlərin həcmindəki artım daha yüksəkdir. Tələbli depozitlər müştərilərin bank hesablarında saxladığı vəsaitdir. Bu vəsaitin çoxalmasına əsas səbəb yığımlardan daha çox, bank kartlarının sayca artmasıdır. Başqa deyimlə, öncələr nağd olaraq saxlanılan vəsait artıq kartlarda saxlanmağa başlanıb. Bu ilin ilk altı ayının sonunda müştərilərin tələbli depozitlərinin həcmi 5 milyard 877 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 600 milyon manatlıq (11 faiz) artım deməkdir. Fiziki şəxslərin depozitlərinin təxminən 37 faizi xarici, 63 faizi yerli valyutada saxlanılır.
Rusiya-Ukrayna müharibəsi başlanandan – ötən ilin fevralından bəri qeyri-rezidentlərin – xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmində də artım qeydə alınır. Müharibə başlanmadan öncə – 2022-ci il yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında cəmi 294 milyon manat vəsaiti vardı. Sonrakı aylarda bu vəsait ardıcıl artdı və ilin sonunda 1 milyard 174 milyon manata çatdı. Artım bu il də davam edir. İlk yarımilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi artıq 1 milyard 325 milyon manata çatıb. Bu, ilin əvvəlindən bəri 150 milyon manat və ya 13 faiz artım deməkdir.
Bank sektorunda bir məqam da diqqət çəkir. Söhbət nağdsız ödənişlərin həcmindəki kəskin artımın bu ilin ilk yarısında da davam etməsindən gedir. Rəsmi rəqəmlərə görə, ilk yarımildə kartlarla 3.6 milyard manatlıq nağdsız əməliyyat gerçəkləşib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 1.8 dəfə artım anlamına gəlir. Həmin artım hesabına kart əməliyyatlarının strukturunda nağdsız əməliyyatların həcmi nağd əməliyyatların həcmini ötüb. İyun ayında bank kartları vasitəsi ilə aparılan əməliyyatların 53 faizi nağdsız əməliyyatların payına düşüb, vəsaitlərin 47 faizi isə nağdlaşdırılıb.
AmerikanınSəsi / konkret.az

Sosial       Tarix: 21 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanay

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər bugünki xəbərlər krimnal bugun xeber.az