Kreml Ukraynadakı müharibəni dondurmaqdan İMTİNA ETDİ
Kreml Ukraynadakı müharibəni dondurmaqdan imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib.
O bildirib ki, Rusiya Ukraynada müharibənin dondurulmasına qarşıdır və öz məqsədlərinə hərbi və ya digər mövcud vasitələrlə nail olmaq niyyətindədir,
"Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanını nəzərdən keçirir: öz maraqlarını təmin etmək, Rusiyanın qarşısında duran məqsədlərə ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə nail olmaq", – Peskov deyib:
Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişənin sülh yolu ilə həllindən danışmaq hələ tezdir.
"Hələ ki, sülh yolu ilə nizamlanma üçün heç bir ilkin şərt yoxdur", – o vurğulayıb.
Peskov əlavə edib ki, "Rusiya Federasiyası ilə hər hansı danışıqlar Ukrayna hakimiyyəti tərəfindən qadağan olunub".
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi