Kremldən Britaniyaya ŞOK HƏDƏ - Kəşfiyyat məlumatı qalmaqalı
Rusiya son günlərdə Ukrayna müharibəsi fonunda Qərb ölkələrinə qarşı ittihamlarını daha da sərtləşdirib. Fransa, Almaniya və ABŞ-ı Kiyevə dəstək verməkdə günahlandıran Moskva, xüsusilə Böyük Britaniyanı hədəfə alıb.
KONKRET.az xəbər verir ki, Kremlin iddiasına görə, London Ukraynaya kəşfiyyat məlumatları ötürür və Rusiya ərazisinə edilən hava hücumlarında dolayısı ilə iştirak edir. Rusiya rəsmiləri bildirirlər ki, Britaniya xüsusi xidmət orqanları Ukraynanın Rusiya daxilindəki strateji obyektlərə zərbə endirməsi üçün Kiyevə məlumat təmin edir.
Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada Britaniyanın bu addımını "birbaşa təxribat" kimi dəyərləndirib. Moskva xəbərdarlıq edib ki, bu fəaliyyət bölgədə gərginliyi artırır və hətta "Üçüncü Dünya Müharibəsi" riskini yarada bilər.
Kreml vurğulayıb ki, Britaniyanın Ukraynadakı fəallığı davam edərsə, Rusiya uyğun cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, London hələlik bu ittihamlara rəsmi reaksiya verməyib. Daha əvvəl Britaniya Ukraynaya hərbi və kəşfiyyat dəstəyi verdiyini təsdiqləmiş, lakin bu dəstəyin Rusiya ərazisinə yönəlmiş hücumlarla əlaqəsi olduğunu qəti şəkildə təkzib etmişdi.
Aynurə İsmayıl
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO