Kremlin Qarabağ TƏNLİYİ: Lenin+Qorbaçov=Putin - TƏHLİL

Kremlin Qarabağ TƏNLİYİ: Lenin+Qorbaçov=Putin - TƏHLİL6 noyabr 2022-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.
Rusiya ofsayddan çıxa biləcəkmi?
Rusiyanın sonuncu Valday-Soçi sarsaqlamaları fonunda Azərbaycan Kremlə əsəbləşməyə bilməzdi. Onsuz da, hamı bilir ki, Bakı Moskvaya hər gün nota göndərmir. Ölkə mediasının Rusiyanı qulaqlaması, İranın qulağını isə çırtmalaması təsadüfə oxşamır. Görünür, vəziyyət təsəvvür olunandan daha ciddidir. Moskva və Tehran açıq formada ermənipərəstlik göstərir və utanmaz-utanmaz İrəvan-Bakı danışıqlarında vasitəçilik təkliflərindən əl çəkmirlər. İran bu xidməti təklif etsə də, Rusiya reallaşdırır və Qərbin sülh qatqılarını iqnor etmək uğrunda aktiv fəaliyyətə start verib. Buna nail olmaq üçün Rusiya Azərbaycanın daxilindəki qondarma rejimi müstəqil etmək, İran isə Zəngəzur dəhlizinin açılmasına maksimum mane olmaq istəyir. Ona görə də Odlar Yurdunda "iki od arasında" təlaşı yaratmağa cəhd göstərirlər.
Bəs səbəb təkcə Qərbin regiondakı iştirakını əngəlləməkdirmi?
Yox:
1. Rusiya XIX əsrin ikinci yarısından başlayan erməni köçürtmələrini 1923-cü ildə Qarabağın dağlıq hissəsində muxtar respublika yaratmaqla yekunlaşdırdı. Qorbaçov isə Lenin babasının etdiyi qələtdən daha böyüyünü yeməklə "Dağlıq Qarabağ Muxtar Vilayət"ini Ermənistanın tərkibinə qatmağa çalışdı. Siyasi cəbr üsulu ilə danışsaq, "Lenin+Qorbaçov=Putin" tənliyi alınır. Putin rusların Azərbaycan üçün yaratdığı problemi rəsmiləşdirmək, yəni əbədiləşdirmək fikrindədir. Məqsəd isə ölkəmizə nəzarəti, burada nüfuz sahibi olmağı, Cənubi Qafqazda daimi mövcudluğunu təmin etməkdir.
2. İran da Azərbaycanın Arazboyu hissələrində təsir gücünü artırmaqla gələcəkdə "Arsax"a bənzər qondarma rejim proyektləri üzərində işləyir ki, ruslar kimi farslar da Azərbaycanda söz sahibi olsunlar.
• Rusiyanın Qarabağın dağlıq hissəsində Donbas ssenarisini təkrarlamaq istəyi barədə daha əvvəl də bəhs etmişik. Lakin rus ayısı hazırda Qərb tərəfindən axtalanmaq üzrədir və Putinin buna nə dərəcədə mane olacağı bilinmir. Hər halda yaralı ayı ətrafa pəncə ata, diş qıcıya bilər. Sadəcə, Rusiya hazırda bunu Ukraynada edir və Azərbaycanda təkrarlamaq istəməz. İstəsə də, bura çatana qədər dişləri töküləcək. Kürkünü isə Zəngəzurda ayaqaltı etmək olar.
• İrana gəlincə, islam respublikası vətəndaş müharibəsinin bir addımlığındadır, bəlkə də 2 aya yaxındır ki, davam edən etirazlar elə vətəndaş müharibəsidir. Molla rejiminin devrilməsi, İranın 4 dövlətə parçalanması müzakirə mövzusu olan bir dövrdə farslar yuxarıda qeyd olunan məkirli niyyətlərini həyata keçirə bilməyəcəklər.
Sonda razılaşaq ki, bölgədə real təhdidlər formalaşmaqdadır. Lakin dünya bu təhlükəni yaratmaq istəyən bölgə ölkələri tərəfindən idarə olunmur.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 08 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne