Krımın əvəzinə Rusiyanın bu bölgəsi ələ keçiriləcək - ABŞ-da PLAN HAZIRLANDI
Rusiya ilə silahlı münaqişə baş verəcəyi halda, NATO Kalininqrad vilayətini ələ keçirmək planını nəzərdən keçirməlidir.
Publika.az xəbər verir ki, bu haqda Ceymstaun Fondunun ABŞ-dakı böyük elmi işçisi Riçard Hukerin məruzəsində deyilir.
Mümkün müharibənin yalnız regional xarakter daşıyacağı güman edilir, çünki münaqişənin kəskinləşməsi kütləvi qırğın və mülki insanların itkisinə səbəb olacaq.
Eyni zamanda, Huker Baltikyanı ölkələrdə Rusiya ilə NATO arasında qarşıdurmaya səbəb ola biləcək konkret bir səbəbi açıqlamayıb. Bununla belə, ekspert Moskvanın bu bölgə üçün planlarının olduğunu iddia edir.
Ekspert qeyd edib ki, Rusiya münaqişənin erkən mərhələsində Kalininqrad vilayətini güclü müdafiə edə bilər. Onun fikrincə, münaqişənin növbəti mərhələsində bölgədə ABŞ və Polşa quru hərbi dəstələrinin qurulması səbəbindən Rusiya düşmənin hücumuna tab gətirə bilməyəcək və əraziyə nəzarəti itirəcək. Huker nəticədə, Rusiyanın Kalininqradı itirəcəyini düşünür. O qeyd edir ki, bu, Krımın birləşdirilməsinə görə dəyən zərərin əvəzinin təbii ödənilməsi olacaq. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək