"Krımın ilhaqını tanımırıq" - Türkiyə Prezidenti
"Türkiyə Krımın ilhaqını tanımır və bunu qeyri-qanuni hesab edir".
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə keçirilən Üçüncü Krım Platforması Zirvə görüşündə videomüraciətində deyib.
"Biz, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqeyimizi qoruyub saxlayırıq. Rəsmi Ankara BMT də daxil olmaqla, hər beynəlxalq platformada Krımın Ukraynanın bir hissəsi olduğunu ardıcıl olaraq vurğulayır. Türkiyə təxminən 18 ay əvvəl başlayan müharibənin ədalətli və davamlı sülhlə sona çatmasının zəruriliyinə də inanır. Biz qan tökülməsinin dayandırılması üçün kommunikasiya kanallarını açıq saxlamaq və heç olmasa tərəfləri danışıqlar masasına oturmağa hazırlamaq üçün ciddi səylər göstəririk", – deyə Ərdoğan bildirib.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ