Kriminal avtoritet "Kök Rüstəm"in atasını güllələdilər
İrəvanda silahlı insident baş verib. Atışma nəticəsində kriminal aləmdə – "Kök Rüstəm" ləqəbi ilə tanınan Rüstəm Stepanyanın atası ağır yaralanıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə dekabrın 31-də, saat 19:00 radələrində paytaxtın Komitas küçəsində, Ərəbkir rayonunda yerləşən 44 saylı binanın həyətində qeydə alınıb. İlkin məlumatlara görə, ərazidə bir neçə dəfə atəş səsləri eşidilib və nəticədə bir nəfər güllə yarası alıb.
Erməni mediasının məlumatına əsasən, zərərçəkən şəxsə ümumilikdə 11 dəfə atəş açılıb. Shamshyan.com saytı isə bildirir ki, "Toyota" markalı avtomobilin sürücü tərəfdəki qapısında təxminən 9 güllə izi aşkarlanıb, avtomobilin ətrafında isə atılmış gilizlər tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Rüstam Stepanyan hazırda digər kriminal avtoritet – "Faza" ləqəbli Sergey Qriqoryanın qətli ilə bağlı açılmış cinayət işi üzrə həbsdədir. Məlumata görə, iki kriminal qrup arasında qarşıdurma hələ 2018-ci ildən başlayıb.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb