Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri açıqlanıb

Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri açıqlanıbBu ilin iyul ayında kriptovalyuta bazarında mühüm hadisələr baş verib. İyulun 3-dən etibarən bitkoin son 4 ay ərzində ümumilikdə 25 % dəyər itirərək 53 min ABŞ dollarına enib. Bitkoinin bu cür enişi ilə yanaşı, digər altkoinlər də ciddi dəyər itirib.
Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev "Report"a bu vəziyyətin əsas səbəblərini izah edib.
Onun sözlərinə görə, əsas iki fundamental səbəb olub:
"Birincisi, "Mt. Gox" kriptovalyuta birjasının kompensasiya ödənişləri ilə bağlıdır. 2014-cü ildə iflas edən və dünyanın ilk və ən populyar bitkoin birjalarından biri olan "Mt. Gox"un istifadəçilərinə kompensasiya ödənişlərinin elan edilməsi, kriptovalyuta bazarına təsir edən əsas faktorlardan biridir. "Mt.Gox" haker hücumu nəticəsində 850 min BTC-dən çox itkisi olduğu üçün 2014-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Bunlardan təxminən 200 min BTC sonradan bərpa edilib. Bu hadisədən sonra 24 mindən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyirdi. Hazırkı vəziyyətdə müştərilərə 142 min bitkoin, 143 min bitkoin "cash" və 69 milyard yapon yen ödəniləcəyi vəd edilib. Bu təzminat ödənişi prosesi Bitbank, SBI VC Trade, Bitstamp, Kraken, BitGo birjaları vasitəsilə həyata keçiriləcək. Bu aktivlərin geri qaytarılması bazarda kütləvi satışlara səbəb olacağı ehtimalını yaradıb və kriptovalyuta bazarında qiymətlərə mənfi təsir göstərib. Bu vəziyyət psixoloji faktora əsaslanır və sadəcə ön satış xəbərinin bazara necə təsir edəcəyinin bir nümunəsidir".
Ekspertin sözlərinə görə, ikinci əsas fundamental səbəb Almaniya hökumətinin bitkoinlərin satışı qərarı ilə bağlıdır: "Almaniya hökumətinin müsadirə edilmiş 38 826 BTC-ni satmaq qərarı, kriptovalyuta bazarına mənfi təsir edən digər əsas amildir. Bu xəbərin "Mt. Gox" birjasının kompensasiya ödənişləri elan edildiyi vaxtla üst-üstə düşməsi, bazardakı panikanı artırıb və qiymətlərin enməsini daha da sürətləndirib".
E.Quliyev bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin, iyulun 10-da Senatda çıxışı zamanı, bitkoinin yenidən 59 min ABŞ dollarını keçməsinə səbəb olub: "C.Pauel, Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır. C.Pauel bildirib ki, son aylarda inflyasiya yaxşılaşır ki, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu, yaxın aylarda faiz dərəcəsinin aşağı endirilməsi ehtimalını artırır. FED-in faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiyməti qalxacaq".
Nəticə olaraq, onun sözlərinə görə, kriptovalyuta bazarında baş verən bu hadisələr bazarın gələcəkdə necə inkişaf edəcəyinə dair vacib ipucları verir: "Mt. Gox" birjasının kompensasiya ödənişləri və Almaniya hökumətinin satış qərarı, bazarda qısamüddətli panika yaratmış və qiymətlərin enməsinə səbəb olub. Bununla yanaşı, FED-in monetar siyasətindəki dəyişikliklər, bazarda müsbət dinamikanın yenidən yaranmasına səbəb ola bilər. Kriptovalyuta bazarının gələcək perspektivlərini dəyərləndirərkən, bu cür fundamental hadisələri nəzərə almaq vacibdir".

Sosial       Tarix: 12 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri beynelxalq bank mezenne kriminal xeberler valyuta mezennesi banklar