Küçədə dava düşdü - Polisin forması zədələndi
Bakıda yoldan keçən şəxsin baxışına görə dava baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə Səbail rayonunda yerləşən mağazalardan birinin önündə qeydə alınıb. Kamal Kamalov (şərti) səhər 06:25 radələrində dostları ilə gəzən zaman bir şəxsin onlara tərs-tərs baxaraq yanlarından keçdiyini düşünüb. Bu zaman onun yanında olan dostu həmin şəxsdən niyə elə baxdığını soruşub. Sözlü mübahisə davaya çevrilib. Baxışına görə zərbə alan şəxsin ağzından qan açılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib və məsələni aydınlaşdırmaq üçün tərəfləri polis bölməsinə dəvət ediblər. Lakin K.Kamalov buna etiraz edib. Polisin tələblərinə tabe olmadığı üçün Kamalı məcburi qaydada avtopatrula əyləşdiriblər. Bu zaman bir polis əməkdaşının xidməti forması zədələnib, jileti cırılıb.
K.Kamalova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 (iki yüz) manat inzibati cərimə yazılıb.//Qafqazinfo

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar