Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTO

Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOKüçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTO
Ötən gün Xalq artisti Röya Ayxanın doğum günü olub.
Kulis.az bu münasibətlə müğənni ilə bağlı maraqlı faktları təqdim edib.
Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olub. Müğənninin Ağdam rayonunda doğulduğu deyilsə də, Xalq artistinin dediyinə görə Bakıda doğulub. Uşaqlığı çox acınacaqlı keçib. Ata-anası ayrılanda onun 10 yaşı varmış. Dediyinə görə, balaca vaxtlarından çöllərdə işləyib evə pul gətirirmiş:
"Evdə, qonşuda qonaqlıq olanda sevinirdim ki, içki içiləcək, butulkalar çox olacaq, mən də o butulkaları satıb, qardaşım üçün konfet alacam".
Atası 12 yaşında Bakıya, Bülbül adına musiqi məktəbinə oxumağa gedib. Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Röyanın atasının yaxşı səsi olsa da, bu yolu davam etməyib. Xalq artisti onun ifaçılığı atmasını bu cür şərh edir:
"Hamı güclü olmur. Atamın gözəl səsi olsa da, güclü ola bilmədi".
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOOn yaşında dizinin üstündə körpə yatızdırır, məktəbə gedə bilmir, küçələrdə biskvit satırmış. O günləri Röya bu cür xatırlayır:
"Oxuya bilmirdim, alınmırdı. Anam evə yük gətirirdi, bacımla biz onları yuyub, ütüləyib ünvanlara çatdırırdıq. Bəlkə də, bu dediklərim kənardan baxanlara film kimi gələcək, amma mən bunları yaşamışam. On yaşımda artıq analığın nə olduğunu anlamışdım".
Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Şou-biznesə gəldiyi ilk günlər Röyanın soyunmağı qalmaqal yaratmışdı. Ancaq zaman keçdikcə mahnıları üzə çıxdı və Röyanı hamı müğənni kimi sevməyə başladı. Hətta o vaxtlar Habil Əliyev verilişlərin birində Röyaya demişdi:
"Yaxşı oxuyursan, bircə əynini yaxşı geyinsən".
Uzun müddət Röya açıq-saçıq geyimi ilə diqqət mərkəzində oldu.
İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo ifaya başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
"Səninəm", "Nazlı yarım", "Narın yağış", "Qatar", "Yalan sözlər", "Bilirsənmi?", "Söylə" kimi mahnıları ona böyük şöhrət qazandırıb.
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOXalq artisti Röya Ayxan imzasının hardan gəldiyini də müsahibələrinin birində bu şəkildə açıqlayıb:
"Ayxan qardaşımdır. Bir az zəif doğulub, üzərində çox əsmişik".
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOBakı Dövlət Universitetində təhsil aldığı xəbəri mətbuatda yayılanda Röyanın o savada sahib ola bilməyəcəyini iddia ediblər. Röya Ayxan təhsilini yarımçıq bitirir. Bu haqda özü mətbuatda deyib:
"Bəli, bu, anamın istəyi ilə oldu. Başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Ona görə də yarımçıq qaldı, çünki oxumaq lazımdır… Gedə bilmədim…"
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOKüçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOElnarə Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun "I have nothing" mahnısını "Instagram" hesabında paylaşıb. Müğənni isə ona belə cavab verib:
"Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib. Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına "Lambada"nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Mərhumun mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?"
30 dekabr, 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 oktyabr, 2019-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Müsahibələrinin birində Röya Ayxan fəxri adları barədə deyir:
"Ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram".
Şou-biznes aləmində ən çox qalmaqallarla, intriqalarla yadda qalan imza Röyadır. Ən çox qalmaqal yaşadığı isə Aygün Kazımova olub. Bu haqda Röya müsahibələrinin birində deyir:
"Nə qədər adam mənimlə bağlı olmayan şeylər danışır. Çox şeylər eşidirəm. Amma məqamını gözləyirəm ki, həmin adamın cavabını gözəlliklə verim. Bu, mənə daha çox xoş gəlir".
Aygün Kazımova isə Röyadan küsmədiyini açıqlayıb:
"Biz küsülü olmamışıq. Mən elə bir hiss yaşamamışam. Bəlkə də, Röya məndən küsüb. Küsübsə, uman yerdən küsərlər. Başqa küsmək haqqı yoxdur. Çünki yaşda ondan böyüyəm".
Aygün Kazımova ilə Röyanın tanınmış teleaparıcı Kamilə Babayevanın toy məclisində dalaşdığı da söylənilir. Bu barədə toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə yazıbmış. Yazılanlarda Aygün Kazımova ilə Röyanın hətta əlbəyaxa olduğu deyilir. Deyilənlərə görə, mübahisəni davam etdirmək istəyən Röya Aygün Kazımovanın oturduğu masaya yaxınlaşanda xalq artisti əlindəki bakalı onun üstünə atıb. Bakal Röyaya dəyməsə də, sınıb. Aygün Kazımova isə Kamilə Babayevanın toyunda Röya ilə dalaşması haqqında belə açıqlama verib:
"Nə yazırlar? Məni döyüblər? Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir".
Röya toyda cəmi yarım saat oturub. Ondan sonra onu görən olmayıb. Aygün Kazımova isə insidentdən sonra heç nə olmayıbmış kimi toyda iştirak edib.
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOÇılğınlığı, emosionallığı ilə seçilən Röya Ayxan ona qarşı edilən haqsızlıqları, haqqında deyilən dedi-qoduları unutmur:
"İnsanın yaddaşı olmalıdır. Nə yaxşılığı, nə pisliyi unutmayacaqsan. Kinin olmasa fahişə olarsan".
Röya Ayxanın narkotik istifadəçisi olduğu haqda mediada xəbərlər yayılmışdı. Xalq artisti bu məsələyə aydınlıq gətirib:
"Mən ilin iki ayı çox ciddi müalicə alıram. Ağır dərmanlar qəbul edirəm. Mənə elə iynələr vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur".
2008–2014-cü illərdə nikahda olub. Onun bu nikahdan Hüseyn adlı oğlu var.
"Mənim ailə həyatımda axsama oldu. Davam edə bilmədim. Yoruldum. Bir gün ayıldım və dedim, bəsdir. Mən həmişə ana-bacı olmaqdan bezdim. Qadın olmaq istəyirəm artıq".
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTORöya Ayxan məşhurlaşdıqca ona eşq elan edən kişilərin azaldığını deyir. Dediyinə görə, qadın nə qədər məşhurlaşırsa, əks tərəf ona yaxınlaşmağa bir o qədər ehtiyat edir. Uğursuz ailə həyatından sonra R.Ayxan özünə qəti bir söz verir:
"Özümə söz vermişəm, Azərbaycanda şəxsi həyat qurmayacam. Azərbaycanda istəmirəm. Mən axı ailə qurmaq istəmirəm, sadəcə sevmək istəyirəm".
İllər əvvəl Röya Ayxanın səhnədən gedəcəyinə dair xəbərlər dolaşırdı. Xalq artisti isə bu məsələyə bu cür şərh verib:
"Azərbaycandan gedəcəyimi demişdim. Getdim də. Mən evimi Türkiyədən aldım. Bakıda evim yoxdur. Bu yaxınlarda Nadir Qafarzadə mənə deyir, boş evim var, gəl orada kirayədə yaşa".
R. Ayxan Türkiyə şou-biznesinə qoşulmaq istəsə də, alınmır. Dediyinə görə, Türkiyədəki şou-biznes Azərbaycanda olandan qat-qat pisdir. Üstəlik, sənətçi Türkiyə türkcəsində danışmaqda çətinlik çəkirmiş:
"Verilişlərə dəvət alırdım, gedirdim. Hamı danışırdı, mən anlamırdım, mən danışırdım, onlar anlamırdı".
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTOBir çox insana ev bağışlayan Röya Ayxan özü kirayədə qalır. Səbəbini isə belə izah edir:
"Dünyada əksər ulduzlar şəhərin ən yaxşı yerlərində kirayədə yaşayırlar. Mənə belə rahatdır".
41 yaşını qeyd eləyən aktrisanın 1 oğlu var. / oxu.az

Şou Biznes       Tarix: 15 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun hava haqqinda enson xeberler sonxeberler