Külək Bakıda ağacı avtomobilin üzərinə aşırdıb
Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.
Open.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib:
"Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".
O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar:
"Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir". /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?