Kupça'sız evlərdə yaşayanlara ŞAD XƏBƏR

Kupça'sız evlərdə yaşayanlara ŞAD XƏBƏRAzərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.
Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq və ümumiyyətlə bu sahədə hər hansı işlər görülür?
azxeber.com xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov referans.az-a açıqlamasında bildirib ki, Həmin evlər qeydiyyatda olmadığına görə, qanunsuz tikili hesab olunur və sığortalanması mümkün deyil:
"Bilidiyimiz kimi hazırda sığortaya cəlb olunan yalnız çıxarışı olan mənzil və əmlaklardır. Əmlakın çıxarışı olmadığı halda təbii ki, bunun mülkiyyətinin kimin üzərində olduğu bilinmir. Bu məsələ də mübahisə predmeti olduğu üçün sığorta şirkətləri bu riskə girmək istəmir, özlərini bu məsələlərdən qoruyurlar. Buna görə də sığorta şirkətləri sadəcə çıxarışla təmin olunmuş əmlakların məsuliyyətini götürmək istəyir".
Ekspertin sözlərinə görə, sığorta mövzusunun ciddi problem yaradacağı üçün artıq qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçə biləcəyi bir layihə hazırlanır:
"Əslində sığorta məsləsinin qaldırılması çıxarışı, yəni sənədi olmayan evlərə qarşı tədbirlərin artmasına yaxşı təsir etdi. Bu məsələ geniş müzakirə mövzusuna çevriləcəyinə görə, artıq Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə idea layihəsi hazırlanır. Bu, qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı bir prosesdir. Artıq bu barədə tədbirlər görülməyə başlayıb. Layihə reallaşdırıldıqdan sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyektləri və fərdi evlər bu yenilikdən yararlanacaq. Bundan sonra artıq qanunsuz tikililər sənədləşdiriləcək və onların sığortaya cəlb olunmasına başlanılacaq. Birgə proyekt yekunlaşdıqdan sonra bir portal olacaq və bu portal sayəsində bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Bununla bağlı əslində 2019-cu ildə proses başlamışdı, lakin pandemiya məsələsinin aktuallaşması ilə proses dayandırıldı. Artıq yenidən bu sahədə ciddi tədbirlər görülməyə başlayıb. Portal hazırlandığıdan sonra yerli icra hakimiyyətlərinə bildiriləcək, onlar da sənədi olmayan evdə yaşayanlara məlumat verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".

Sosial       Tarix: 20 may 2023
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne sonxeber az ən son xeberler butun xeberler