Kurtlar Vadisi"nin çəkildiyi villa satışa çıxarıldı
"Kurtlar Vadisi" serialının çəkildiyi məşhur yalı satışa çıxarılıb. Lakin məsələ tam mülkün deyil, yalnız 15,23 faiz payının satışa çıxarılması ilə bağlıdır.
azxeber.com xəbər verir ki, sözügedən pay üçün müəyyən olunan qiymət 170 milyon TL təşkil edir.
İstanbulun Kandilli səmtində, Boğaziçi sahilində yerləşən bu tarixi tikili məşhur memar Qarabed Balyan tərəfindən 1835-1855-ci illər arasında inşa edilib. Yalı II Abdülhəmid dövrünün tanınmış tacirlərindən Altunizadə Nəcib bəy üçün tikilib və onun memarlıq planında Dolmabahçe Sarayından ilhamlanan elementlər açıq şəkildə hiss olunur.
Məlumata görə, mülk 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınıb. Abud ailəsi burada 1981-ci ilə qədər yaşayıb, daha sonra isə yalı sahibini dəyişib. Təxminən 1500 kvadratmetr torpaq sahəsində yerləşən tikilinin 270 kvadratmetr oturum sahəsi, 540 kvadratmetr istifadə sahəsi mövcuddur. Daş konstruksiyalı alt mərtəbəsində iki qayıqxana, üst mərtəbəsində isə yarım düzbucaqlı salon ətrafında planlaşdırılmış otaqlar yer alır.
Yalının müştemilatı, iki salonu, 18 otağı, həmçinin hovuz, sauna və Türk hamamı var. Tarixi və memarlıq dəyəri ilə seçilən bu yalı illər ərzində "Gümüş", "Kurtlar Vadisi" və "Lalə Dövrü" kimi məşhur serialların çəkiliş məkanı kimi də istifadə olunub.
Hazırda satışa çıxarılan payın alıcısının kim olacağı isə maraqla gözlənilir.

Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək
"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var
Bakıda minik avtomobili atla toqquşdu
Goranboyda 17 yaşlı oğlanı maşın vurdu
Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi