Laçın şəhəri Azərbaycan ordusunun nəzarətinə nə vaxt keçəcək? - VİDEO
Son günlər sosial şəbəkələrdə Laçın şəhərinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı videogörüntülər paylaşılıb. Yayılan videolar geniş müzakirələrə səbəb olub.
Hərbi ekspert Ədalət Verdiyev müsahibəsində bildirib ki, Laçın dəhlizinə çəkilən alternativ yol istifadəyə verildikdən sonra Laçın şəhərinə Azərbaycan ordusu tam nəzərət edəcək. Şəhərin Azərbaycana təhvil verilməsinə isə az alıb
Laçın dəhlizinə alternativ çəkilən yeni avtomobil yolu istifadəyə verildikdən sonra Laçın şəhəri Azərbaycanın tam nəzarətinə keçəcək. Azərbaycan ordusu şəhərə və ətraf kəndlərə tam nəzarət edəcək.
Sosial şəbəkələrdə Laçın şəhərinin nəzarətimizə keçməsi ilə bağlı yayılan videoları şərh edən hərbi ekspert Ədalət Verdiyev Xəzər Xəbərə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Laçın dəhlizindən Rusiya sülhməramlılarının alternativ yola köçürülməsi Laçında mövcud olan erməni silahlılarının da çıxarılması ilə nəticələnəcək.
Ədalət Verdiyev deyir ki, erməni silahlıların və təxminən 50-yə yaxın erməni ailəsinin Zabux ərazisində artıq köçürülmə təlaşı başlayıb. Onların narahat olmasının səbəbləri isə hamıya məlumdur.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan keçən yeni avtomobil yolunun inşasının cari ildə başa çatdırılması nəzərdə tutulub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı