"Laçında tapılan minalar Birinci Dünya müharibəsinə aid ola bilər" - Erməni əsilli "ombudsman"dan gülünc açıqlama - VİDEO

Sentyabr ayının 7-də Avropa Parlamentində ermənipərəst mövqeyi ilə tanınan deputat Peter van Dalanın təşkilatçılığı və Belçikada fəaliyyət göstərən "Avropa-Ermənistan Ədalət və Demokratiya Fondu" adlı lobbi təşkilatının təşəbbüsü ilə "Dağlıq Qarabağdakı ermənilərin hüquqları" mövzusunda tədbir keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə özünü "Dağlıq Qarabağın Ombudsmanı" kimi tanıdan Geqam Stepanyan və erməni müharibə əsirlərinin Avropa İnsan Hüquqları Məhkəməsindəki qəyyumu Siranuş Sahakyan ağlasığmaz iddialarla çıxış ediblər.
Onlar Azərbaycanı dinc erməni əhaliyə hücum etməkdə günahlandırmış və bu yaxınlarda Laçında qanunsuz məskunlaşan erməni əsilli şəxslərin qovulmasını soyqırımına bərabər tutublar.
Erməni yalanlarının və şüursuzluğunun təbliğinə hesablanmış tədbir Azərbaycan tərəfindən gizli saxlanmağa çalışılsa da, Azərbaycan həqiqətlərini Avropada təbliğ edən Xəzər Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü (CİEİP) təşkilatının fəalları tədbirə qatılaraq erməni yalanlarını ifşa etməyə nail olublar.
Belə ki, təşkilatın fəalı Səbinə Hüseynova özünü "insan hüquqları müdafiəçisi" kimi tanıdan şəxsdən tədbirdə Qarabağın azərbaycanlı əhalisinin hüquqları barədə danışılmamasının səbəbini soruşsa da, qarşı tərəf sualdan boyun qaçırmış və konkret cavab verə bilməmişdir. CİEİP üzvü, həmçinin işğaldan sonrakı dövrdə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə gördüyü quruculuq işlərini və gələcək planlarını auditoriyanın diqqətinə çatdıraraq etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının öz vətəndaşlarına bərabər səviyyədə xidmət göstərdiyini vurğulayıb.
Daha sonra, təşkiların sədri Orxan Bəşirli Laçın rayonu ərazisinə qanunsuz köçürülmüş ermənilərin rayonu tərk edərkən meşələri və evləri yandırdığını, hətta ərazidən minaların tapıldığını bildirmiş, həmin proseslərin sülh quruculuğuna zərər vurduğunu qeyd edərək bu barədə erməni əsilli spikerlərin mövqeyini soruşub.
Deputat və erməni yalanlarının havadarı Peter van Dalan bu məqamda qəsdən suallara cavab verilməsini gözləmədən tədbiri bitirib.
Qondarma ombudsman tədbirin sonunda Orxan Bəşirliyə yaxınlaşaraq Laçındakı minaların ermənilər tərəfindən yerləşdirilməsi barədə sübutların olmadığını bəyan edərək, həmin partlayıcıların bəlkə də Birinci Dünya müharibəsi dövründə basdırıldığını deyib.
Laçında cəmi 28 illik tarixi olan xalqın bu dövr ərzində minaların mövcudluğundan xəbərsiz yaşaması cəfəngiyyatdır və çox gülünc səslənir. Beləliklə, CİEİP üzvləri erməni lobbisinin yalanlarını və böhtanlarını ifşa etməklə yanaşı Azərbaycanın haqq mövqeyini müdafiə edib.

KONKRET.az-ın Araşdırma Qrupu

Siyasi       Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler en sonxeber sonxeber.az xəbərlər