Laçının işğalçılardan təmizlənməsi regionda yeni mərhələnin başlanğıcıdır

Laçının işğalçılardan təmizlənməsi regionda yeni mərhələnin başlanğıcıdır44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə nəticəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Müharibədən sonra azad edilmiş ərazilərdə xeyli işlər görüldü və hazırda da ərazidə tikinti-quruculuq işləri tam sürətlə davam edir.
Proseslərə daim nəzarət edən ölkə başçısının diqqəti nəticəsində Qarabağ artıq çiçəklənmə dövrünə qədəm qoyub. Ərazilərin minalardan təmizlənməsi, yeni yolların çəkilməsi, bir sözlə, qayıdışın təmin edilməsi üçün lazım olan addımların atılması davam etdirilir. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərə artıq köçlər də başlayıb.
Məsələn, elə Zəngilan rayonun Ağalı kəndinə köçürülmələrin başlanılması bu qayıdışın əsas nümunələrindən biridir. İlkin mərhələdə artıq 30 ailənin – 151 nəfərin ən müasir infrastrukturla təchiz edilmiş kəndə köçürülməsi təmin edilib. Qarşıdakı günlərdə köçürülmə davam etdiriləcəkdir. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.
"Zəngilanın dağıntılara ən çox məruz qalmış rayonlardan biridir. Zəngilanın yenidən qurulması və bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqdadır".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda Zəngilanda indiyədək gerçəkləşən və həyata keçiriləcək layihələr haqqında danışarkən bildirib.
V.Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın artıq başladığını diqqətə çatdırıb. Bildirib ki, Zəngilanda "ağıllı kənd" layihəsi həyata keçirilib. O, bu layihənin reallaşdırıldığı Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.
Prezidentin xüsusi nümayəndəsi Zəngilanda hava limanının inşasının davam etdiyini də bildirib. O, həmçinin Zəngilanda ekoturizm və aqroturizm, eləcə də günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edib. Deyib ki, bununla da regionun təbiətinə zərər vermədən bölgəni elektrik enerjisi ilə təmin etmək mümkün olacaq.
Azərbaycanın müharibədə əldə etdiyi qələbələrin davamı bu gün də gəlməkdə davam edir. Biz mütəmadi olaraq Qarabağdan sevindirici xəbərlərin gəldiyini müşahidə edirik. Ali Baş Komandan İlham Əliyev avqustun 26-da hər kəsi sevindirən bir xəbəri Azərbaycan xalqına çatıdırdı. Prezident "Twitter" hesabında paylaşım edərək azərbaycanlıların Laçın şəhərinə qayıtdığını elan etdi:
"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Laçının işğalçılardan təmizlənməsi regionda yeni mərhələnin başlanğıcıdır"Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürurdur:
"Bu gün Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətdir. Bu, Azərbaycan dövlətinin gücünü, Azərbaycan hakimiyyətinin qətiyyətinin göstəricisidir. Bu hadisə eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin 6-cı bəndinin yerinə yetirilməsidir. Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq.
Bu, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasını nəzərdə tutur. Hansı ki, münaqişəyə qədərki vəziyyətlə Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə yaşamış azərbaycanlıların öz evlərinə qayıtması məsələsidir. Nəhayət, 9-cu bəndin tələbləri – kommunikasiyaların bərpası və Qərbi Zəngəzur dəhlizinin açılması məsələsi olacaq".
H.Babaoğlu bildirib ki, əldə edilən uğurlar Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir: "Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa etməkdə, tarixi ədalətin bərpa olunmasında qərarlıdır. Bu istiqamətdə əldə etdiyimiz uğurlar, şübhəsiz ki, bəzi imperialist mərkəzləri və Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir. Onlar Azərbaycanın beynəlxalq hüququ, öz ərazi bütövlüyünü bərpa etməsindən dərin təəssüf hissi keçirirlər. Azərbaycanın güclənməsini özlərinə qarşı hesab edirlər. Ancaq bu, əsla belə deyil. Azərbaycan bütün qonşuları ilə beynəlxalq hüquq və mehriban qonşuluq əlaqələri içərisində yaşamağa hazırdır. Müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü də, "3+3" formatında əməkdaşlıq təşəbbüsü də Azərbaycanın sülhpərvər niyyətindən xəbər verir".
"Azərbaycanın bu addımlarına qarşı kimsə güc nümayiş etdirmək istəyirsə, kimsə bunu qəbul etmək istəmirsə, kimsə regionda yenidən münaqişə ocağı yaratmaq istəyirsə, buna nail ola bilməyəcək. Çünki artıq nə 30 il əvvəlki regional şərtlər var, nə də 30 il əvvəlki beynəlxalq şərtlər var. Bu gün Azərbaycan dövləti güclüdür və bütün istiqamətlərdə öz milli məqsədlərinə doğru inamla addımlayır", - deyə deputat əlavə edib.
Laçının işğalçılardan təmizlənməsi regionda yeni mərhələnin başlanğıcıdırMilli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə isə, Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur:
"Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi hesab olunub. Bu hadisə regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur.
Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür.
İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq".
Deputatın sözlərinə görə, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur:
"Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılar olub. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. 2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə inşa edilib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlanılmışdı. Artıq kənd işğalçılardan tam azaddır və öz halal sakinlərini gözləyir.
Ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunması gözlənilir. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulacaq. Nəticədə rayonlarımızı, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gözlənilir. Bu baxımdan həm Laçının potensialı, həm də infrastruktunun yenidən qurulması, hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz paralel olaraq Laçın iqtisadiyyatının inkişafını müşahidə edəcəyik".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Laçının işğalçılardan təmizlənməsi regionda yeni mərhələnin başlanğıcıdır

Siyasi     Baxılıb: 457   Tarix: 30 avqust 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp İrana hücumu və Xameneini devirməyi planlaşdırır - GİZLİ PLAN

ABŞ Prezidenti Donald Tramp diplomatik tədbirlərin və ya İrana qarşı məhdud zərbələrin Tehranın nüvə proqramından imtina etməsinə gətirib çıxarmayacağı təqdirdə, daha genişmiqyaslı əməliyyatı, o cümlədən ölkənin ali lider

Prezident Səudiyyə Ərəbistanı Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,

Gürcüstan qapıları bağlayır: Azərbaycanlılara qarşı sərt məhdudiyyətlər işə düşür — AÇIQLAMA

Gürcüstanda miqrantlara qarşı yeni peşə qadağalarının tətbiqi ilə bağlı qərarlar gündəmə gəlib. Məlumata görə, bu məhdudiyyətlər ölkədə yaşayan xarici vətəndaşların müəyyən sahələrdə fəaliyyətinə təsir göstərir. Qərarın əhat

Fuad Oktay Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycana gəlib.  xəbər verir ki, F.Oktay bu barədə "X"dəki hesabında yazıb. "Türkiyə Böyük Millə

Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq

Fevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini

Xocalıda ədalətin təntənəsi

Azərbaycan artıq yeni bir dövr başlanğıcındadır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi

Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur

"Vaşinqtonda baş verən hadisə göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur". Bu sözləri -a açıqlamasında bu "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhç

Paşinyan Bakıya gələcək? – Rəsmi cavab

WUF13 tədbiri formatı kontekstində hansı ölkələrin dəvəti nəzərdə tutulursa, o ölkələr dəvət ediləcək. xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, tədbi

Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR: Bu tarixdə AÇILACAQ

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi regionun əsas siyasi gündəmlərindən biri olaraq qalır. Xüsusilə Zəngəzur istiqamətində mümkün marşrutların hansı formatda və nə vaxt reallaşa biləcəyi hə


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler en son xəbərlər bugün sonxabar bugünki xəbərlər