Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır
Latviya respublika ərazisində yaşayan mindən çox Rusiya vətəndaşını ölkədən zorla çıxaracaq.
KONKRET.az xəbər verir ki, bunu Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin rəhbəri Maira Rouz bildirib.
Oktyabr ayında 3,2 mindən çox rusiyalıya yaşayış icazələrinin müddətinin başa çatması barədə xəbərdarlıq edilib. Onlara ölkə ərazisini tərk etmələri üçün noyabrın 30 -dək vaxt verilmişdi. Latviyadakı ruslar yaşamağa davam etmək üçün latış dilindən imtahan verməli idilər.
Latış dili kurslarına yazılan rusların 61%-i ilk dəfə imtahandan keçə bilməyib. Bundan sonra hakimiyyət bu müddəti daha 2 il uzadıb. "Görürük ki, gecikənlər, hər şeyi yoluna qoymağa çalışanlar, müvəqqəti yaşamaq üçün müraciət edənlər çoxdur. Lakin onlara ölkəni tərk etməyi söyləmək məcburiyyətindəyik, çünki qanunda göstərilən bəndlərin heç biri onlara şamil edilmir"- deyə Rouz bildirib.
Onun sözlərinə görə, təxminən 2,2 min rusiyalı Latviyada qalmaq üçün lazımi tələbləri yerinə yetirməyib. Amma bu rəqəm son deyil, çünki Latviyada qalmaq istəyən rusların müraciəti davam edir. Rouz daha əvvəl etiraf etmişdi ki, Rusiya vətəndaşlarının Latviyadan çıxarılması prosesi çox çətin və ağır olacaq. O, bunu onunla izah edib ki, deportasiya edilməli insanlar ölkədə uzun müddətdir yaşayırlar və onların deportasiyası hakimiyyətdən çox böyük iş tələb edəcək.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda