Lavrov: "ABŞ və əlaltılarının Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu"
"ABŞ və onun əlaltılarının Rusiya Federasiyasını təcrid etmək cəhdləri tam uğursuzluqla başa çatıb".
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ümumdünya Çoxqütblülük Konfransının iştirakçılarına videomüraciət zamanı deyib.
"Vaşinqton və onun peyklərinin tarixin gedişatını geri çevirmək, beynəlxalq ictimaiyyəti uydurulmuş "qaydalara əsaslanan nizam"a uyğun yaşamağa məcbur etmək səyləri uğursuzluqla nəticələnir. Qərblilərin Rusiyanı təcrid etmək xətti tamamilə uğursuzdur", – nazir bildirib.
Lavrov qeyd edib ki, dünya ölkələrinin əksəriyyəti "keçmiş müstəmləkə metropoliyalarının" həyata keçirdiyi siyasəti dəstəkləmir.
Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin ABŞ paytaxtında vahid qərar qəbuletmə mərkəzini nəzərdə tutan dünya düzəninin birqütblü modelinin təsdiqi cəhdlərinin uğursuz olduğunu açıqlayıb.
Lavrov Asiya, Yaxın Şərq və Afrikada yeni eqo mərkəzlərinin inkişafını qeyd edərək, çoxqütblü dünyaya doğru hərəkatı geosiyasi reallıq adlandırıb.
"Müasir çoxqütblü dünyada qarşıdurmanın yeganə ağlabatan alternativi dövlətlərin suveren bərabərliyinə hörmətin praktiki həyata keçirilməsi də daxil olmaqla, BMT Nizamnaməsinin prinsipləri əsasında əsas dünya mərkəzlərinin səylərinin birləşdirilməsidir" , Lavrov vurğulayıb.
Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Qərbin tərəfdaşlarına təsir edərək Rusiya Federasiyasını təcrid etmək cəhdlərinin iflasa uğradığını açıqlamışdı.//Musavat
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı