Lavrov: "Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir
"Praqada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
XİN başçısı jurnalistlərə rəsmi Moskvanın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması layihəsi barədə də danışıb: "Moskva layihəsi çoxdan, bu ilin əvvəlində hazırlanıb və Rusiyanın ümumi baza tapmağa kömək etmək istəyinin göstəricisi kimi tərəflərə təhvil verilib. Layihə hər iki dövlət tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycan tərəfindən beş prinsip təklif olunub, sonra Paşinyanın bu prinsiplərə reaksiyası gəldi".
S.Lavrov onu da əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti variantını təqdim edib, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri əks təkliflərini təqdim ediblər. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü