Lavrov-Çavuşoğlu danışıqlarının DETALLARI – Rusiya şərt irəli sürdü

Lavrov-Çavuşoğlu danışıqlarının DETALLARI – Rusiya şərt irəli sürdüDünən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, görüşdə Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, bəzi regional məsələlərin də müzakirə edildiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin görüş haqda açıqlamasında qeyd edilib ki, Lavrov Çavuşoğluna Ukrayna rəhbərliyinin Qərbdən olan tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırdığını deyib. Lavrovun fikrincə, bu, bölgədə sabitliyi təhlükəli şəkildə poza bilər.
Rusiya XİN-in açıqlamasına görə, Lavrov həmkarına Ukrayna və Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıqla bağlı narahatlıqlarının mümkün qədər ciddi şəkildə müzakirə edilməli olduğunu söyləyib.
Bildirilib ki, Ukrayna ilə Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıq Ukraynanın "militarlaşmasına" töhfə verir.
Kiyev Türkiyədən "Bayraktar TB2" tipli silahlı pilotsuz uçuş aparatları alıb və oktyabrın əvvəlində öz ərazisində bu PUA-ları istehsal edəcək zavod inşa edəcəyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələri ötən ay "Bayraktar"ın Donbasda rus separatçıların haubitsasını vurması ilə bağlı görüntüləri yayımlayıb. Bu, Rusiya tərəfindən etirazla qarşılanıb.
Çavuşoğlu isə G-20 çərçivəsində Romada Lavrovla keçirdiyi görüşdə Ukraynanın istifadə etdiyi PUA-larla bağlı tənqidlərə cavab verib və bu vasitələrin Türkiyədə istehsal olunduğunu, amma bunların Ukrayna tərəfindən istifadə edildiyini deyib. O, Lavrovun diqqətinə çatdırıb ki, buna görə Türkiyəni ittiham etmək olmaz.

Dünya       Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun en yeni xeberler son xəbərlər bugün 2026 son xəbərlər