Lavrov İlham Əliyevlə görüşdə belə dedi: "Yeri gəlmişkən, eşitmişik ki, Paşinyan…
"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır".
azxeber.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Rusiyalı nazir bildirib:
"Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".

Roza Cəlilovanın mirası ətrafında QALMAQAL: DİN-dən REAKSİYA
Bu halda səfərə çıxmaq orucu pozmur
"Tıxac, toz-torpaq, külək…" - Prezidentdən Bakı haqda
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
Xocalı soyqırımından 34 il ötür
Naxçıvanda "Mpay" terminalı oğurlanıb
Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Bu valyuta 2,30 manatı KEÇDİ - Valyuta bazarında son durum
"Bizim iradəmizə qarşı çıxanın başı əziləcək" - İlham Əliyev
Lavrovun idarəsindən Bakıya qarşı 1 həftədə İKİ HƏYASIZLIQ
İran rəsmisi: Yeni ideyalar irəli sürülüb, fikir ayrılıqları qalır